ABŞ prezidenti Donald Tramp Pensilvaniyanın silah istehsalı sənayesinə təxminən 10 milyard dollarlıq yeni investisiya qoyulacağını açıqlayıb. 

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, bu investisiya, İrandakı müharibənin ABŞ-nin "Tomahawk" kruiz raketləri, eləcə də "Patriot" və THAAD tutucu sistemlərinin tədarükünü məhdudlaşdırdığı bir vaxta təsadüf edir.

"Pensilvaniya işçiləri gəmilər, sualtı qayıqlar, yük maşınları, o cümlədən, silah istehsal edəcək və Amerikanın dünya tarixində ən güclü və ən qüdrətli millət statusunu təmin edəcək sənaye sahələrini inkişaf etdirəcəklər", - deyə yerli media ABŞ prezidentindən sitat gətirib. 

Gülayə Mecid