Xəbər verdiyimiz kimi, futbol üzrə dünya çempionatında Argentina İngiltərəyə qalib gələrək növbəti finalçı olub.
"Unikal" xəbər verir ki, final mərhələsinə keçid edən Argentina millisi İngiltərə komandasına yaşıl meydanda daha bir mesaj verib.
Belə ki, futbolçular oyundan sonra “Malvin adaları Argentinanındır” yazılmış banner açıblar. Onların bu hərəkəti dünya ictimaiyyətinin diqqətini çəkib.
Qeyd edək ki, Malvin adaları (Böyük Britaniyada Folklend adaları adlandırılır), Atlantik okeanının cənub-qərb hissəsində yerləşən və Böyük Britaniya ilə Argentina arasında uzunillik suverenlik mübahisəsinə səbəb olan arxipelaqdır. Adalar hazırda Böyük Britaniyanın dəniz aşırı ərazisi olaraq Londonun nəzarəti altındadır, lakin Argentina bu torpaqları öz ərazisi hesab edir.
Gülayə Mecid





































.jpg)



.jpg)



.jpg)








