"Bəlkə də burda heç kim dollar tanımırdı. Mən gəlib dollar göstərəndə elə bilirdilər ki, konfet kağızıdır".     

Göyçay rayonunun Cəyirli kəndində yaşayan Həmidov Əbülfət "Unikal"a öz maraqlı həyat hekayəsini danışıb. O, 10 ilə yaxındır ki, avtomobil təkərlərinin təmiri ilə məşğul olur.

Əbülfət Həmidov bildirib ki, Rusiyada Mədəni-Maarif Texnikumu oxuyub: "Mən onu bitirib Azərbaycanda mədəniyyət naziri olmayacaqdım ki... Yaxşı işləyirdim deyə oxumurdum. O vaxtlar bəlkə də həmin dövrün mədəniyyət nazirindən yaxşı yaşayırdım. İndi də hər gün işə həvəslə gəlirəm. İşi bacardıqdan sonra onun yaxşısı-pisi yoxdur. Müqayisə edəndə Rusiyada işim rahat idi, amma indi el-obamdayam. Burdan çörək pulum çıxır".

Usta Rusiyanın İrkutsk vilayətində ölkənin hazırkı Baş prokuroru Kamran Əliyevlə şəxsi tanışlığından, onun tələbəlik illərindən də danışıb: "Qardaşım Həmidov Cavid cənab prokurorumuzla çox gözəl münasibətdə olub. Mən Kamran Əliyevi şəxsən tanıyıram ki, bu adam oxuyub vəzifəyə gəlib. Daha əmi-dayı, nazir hesabına yox, özü təkbaşına əziyyət çəkib. Yazıq avtobusla, tramvayla hərəkət edib zülm çəkərək oxuyub, indi də kortecdə gəzməyə layiqdir. Savadlı adam belə olmalıdır". 

Müxbir: Ağarza Elçinoğlu 
Video: Ayxan Məlikov