Ağstafada 3 nəfərin xəsarət alması ilə nəticələnən yol- nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, hadisə Qıraqkəsəmən kəndində qeydə alınıb. Hərəkətdə olan minik maşını yoldan çıxaraq aşıb. Qəza zamanı avtomobildə olanlar 2005-ci il təvəllüdlü Əhmədli Aqşin, Əhmədli Həsən və 2005-ci il təvəllüdlü Əhmədli Jalə xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Yaralılardan Ə.Jalə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə aparılır.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov