"Uzun müddət bir yerdə oturmaq depressiyaya və əzələlərin zəifləməsinə səbəb ola bilər".

"Unikal" xəbər verir ki,  bunu  rusiyalı reabilitasiya mütəxəssisi Sofiya Aqapova yerli KİV-ə müsahibəsində deyib.

Həkimin sözlərinə görə, əgər insan oturaq vəziyyətdə ardıcıl altı saatdan çox vaxt keçirirsə, onda ligamentlərin, əzələlərin və vətərlərin zəifləməsi riski artır. 

Bundan əlavə, oturaq həyat tərzi ilə qanda qlükoza artıqlığı var ki, bu da daxili orqanların əziyyət çəkməsinə, yağların yığılmasına və iltihablı proseslərin başlamasına səbəb olur. Həmçinin, uzun müddət hərəkətsizliyə görə, sinir sistemi depressiyaya düşür və depressiya yaranır. 

Vəziyyəti düzəltmək üçün həkim əzələ fəaliyyətini artırmağı məsləhət görür:

"Daha tez-tez gəzmək, qaçmaq, idman etmək, yoga və ya uzanmaq... Bu yolla siz əla formaya sahib omaqla yanaşı, sağlamlığınızı da qoruyacaqsınız". 

Gülayə Mecid