Hindistanda bir ay yarım davam edəcək parlament seçkiləri başlayıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, parlamentin aşağı palatası olan Lok Sabhada (Xalq Evi) 543 yer uğrunda mübarizə aparılacaq. 

Hakim partiya olmaq üçün partiya və ya koalisiyaya sadə səs çoxluğu, ən azı 272 yer lazımdır. Nəticələr yalnız iyunun 4-də məlum olacaq. Bu, dünyada ən uzun səsvermədir.

Seçkilər qeydə alınmış seçicilərin sayında daha bir dünya rekordu vurub: 18 yaşından yuxarı bütün vətəndaşlar səsvermə hüququna malikdir. Hindistan Seçki Komissiyasının (ECI) məlumatına görə, 968 milyon insan səsvermə hüququna malikdir.

Ağarza Elçinoğlu