Arif Əsgərovun Kürdəxanı həbsxanasına "gedən yolu"nun pərdəarxası
11:03 22-04-2015
İQTİSADİYYAT
Arif Əsgərovun Kürdəxanı həbsxanasına "gedən yolu"nun pərdəarxası
Nəqliyyat naziri Ziya Məmmədovun "Azərbaycan Dəmir Yolları"nın keçmiş rəisini xilas etmək üçün kimlərə ağız açıb?
Məlum olduğu kimi, 2009-cu ildə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsində çalışan Arif Əsgərov bir müddət öncə həmin kreslosu ilə vidalaşmalı oldu.
Bir müddət öncə Azərbaycan Prezidenti İlham Əliyev Arif Nəriman oğlu Əsgərovun "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.Amma ölkə başçısının başqa bir sərəncamına görə, Arif Əsgərov nəqliyyat nazirinin müavini təyin edilib. Əslində, onun nazir müavini təyin olunmasının arxasında kifayət qədər ilginc məqamlar yatır.
Bu barədə "Unikal"a məlumat verən mötəbərliyinə şübhə olmayan mənbə deyib ki, Arif Əsgərovla bağlı qəti qərar olub və onun vəzifədən çıxarılması barədə yuxarılar yekdil mövqeyə gəliblər. Sadəcə olaraq, nəqliyyat naziri Ziya Məmmədov Arif Əsgərovun işsiz qalmasının, hətta həbs olunmasının qarşısını aldmağa müvəffəq olub. Çünki Arif Əsgərovun "48 milyonluq" maxinasiyası onun yolunun QSC sədrliyindən Kürdəxanı həbsxanasına salacağını zəruri edir.Amma nəqliyyat naziri bütün əlaqələrini işə salaraq, Arif Əsgərova nəinki yeni vəzifə verilməsinə nail oldu, hətta həbsxana barmaqlıqları arasına düşməkdən xilas etdi.
Arif Əsgərovun törətdiyi əməlləri və onu həbsxanaya apara biləcək faktlara nəzərə salmaq zərurətindən bir müddət öncəyə qayıdaq. Deməli, ötən ilin ən səs-küylü hadisələrindən biri "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində (QSC) qeydə alınmışdı.Çoxlarına məlum olduğu kimi, Arif Əsgərovun rəhbəri olduğu qurumda nə az,nə çox düz 48 milyon manatlıq yeyinti faktı üzə çıxdı. Xatırladaq ki, Arif Əsgərovun yaxın qohumu, daha dəqiq desək, baldızı oğlu QSC-nin marketinq şöbəsinin müdiri Rahib Hüseynov külli miqdarda dövlət vəsaitini mənimsəməkdə ittiham edilərək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunmuşdu.Yeyinti faktı ortalığa çıxandan sonra Arif Əsgərovun oğlu Elnar Əsgərovun adı hallanmağa başladı. Zərərçəkmişlər bu cinayətin başında Arif Əsgərovun oğlu Elnar Əsgərovun dayandığını, Rahiblə yanaşı, qardaşı Emin Hüseynovun da pul yığımı prosesinin fəal iştirakçısı olduğunu iddia etmişdilər.
Həmin dövrdə "Unikal" olaraq, bu cinayətin müxtəlif detallarına toxunmuşduq. Bu prosesdə zərərçəkmiş iddia edirdi ki, 10 milyonlarla manat vəsaitin mənimsənilməsi faktının arxasında Arif Əsgərovun oğlu, Azərbaycan dəmiryolları şəbəkəsinin təchizatını inhisara alan "Liman Group" adlı iri şirkətin rəhbəri Elnar Əsgərov dayanıb. Etibarlı mənbələrin məlumatına görə, Arif Əsgərov öz oğlunu qalmaqaldan kənarda saxlamaq, daha doğrusu, cinayət məsuliyyətindən yayındırmaq və sahibkarların pullarından əllərini üzməsi üçün yaxın qohumu Rahib Hüseynovu "qurban" verməyə razılaşmışdı. Baş verən hadisədən bir müddət keçəndən sonra 48 milyon manatlıq yeyinti gündəmdən çıxdı. Ən maraqlısı odur ki, Arif Əsgərov qurban verdiyi qohumu, 48 milyonluq yeyintinin icraçılarından biri olan Rahib Hüseynov azadlığa buraxıldı.
Amma Arif Əsgərovun 48 milyonluq maxinasiyası mətbuatda həddindən artıq müzakirə olunduğuna görə, hakimiyyətin yuxarı eşelonunda QSC sədri ilə bağlı mənfi fikir formalaşmışdı. "Unikal"ı bilgiləndirən məlumatlı şəxsin sözlərinə görə, əgər Ziya Məmmədov müəyyən adamlara minnətçi düşməsəydi Arif Əsgərov indi Kürdəxanı həbsxanasında məhkum idi. "Məndə olan məlumata görə, Arif Əsgərovun vəzifədən çıxarılması ilə bağlı qərar hələ 6 ay öncə verilmişdi.Plana görə işdən çıxarılacaqdı və 48 milyonluq maxinasiya ilə bağlı yeni cinayət işi açılacaqdı. Bunun əsasında da Arif Əsgərov həbsə alınacaqdı.Amma Ziya Məmmədov yuxarıları inandırmağa çalışdı ki, Arif Əsgərov sadiq adamdır və bu səhvinə görə onu bağışlamaq olar.Hətta nəqliyyat naziri o qədər yaxşı müdafiə elədi ki, Arif Əsgərovu özünə müavin təyin etdirməyə də nail oldu", -deyə müsahibimiz fikrini tamamlayıb.
Göründüyü kimi, Ziya Məmmədov bu mərhələdə Arif Əsgərovu dəmir barmaqlıqlar arxasından xilas etməyi bacarıb.Amma onun növbəti cəhddə bu təhlükədən qurtula biləcəyi sual altındadır.
Elvin Rüstəmov
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05