Vergilər Nazirliyindən "Hafka"ya şok ittiham
15:14 24-04-2015
İQTİSADİYYAT
Vergilər Nazirliyindən "Hafka"ya şok ittiham
Qalmaqallı iş adamının klubu vergidən də yayınırmış
"Hafka" ləqəbli iş adamı Hafiz Məmmədov haqqında yeni ilginc məlumat yayılıb. Son zamanlar xüsusilə maliyyə məsələləri ilə bağlı adı qalmaqallı xəbərlərdə keçən "Baghlan Group"un prezidentinin rəhbərlik etdiyi futbol klubunun vergidən yayındığı rəsmən təsdiqlənib.
Belə ki, "Bakı Futbol Klubu" MMC-nin vergidən yayındığı barədə məlumat Vergilər Nazirliyinin dərc etdiyi vergi borcunu ödəməyən vergi ödəyicilərinin siyahısında qeyd olunub.
Məlumata görə, qanun pozuntusu Bakı Vergilər Departamentinin əməkdaşları tərəfindən aşkarlanıb. Vergi borcunun həcmi açıqlanmır.
"Hafka"nın klubundan isə bildirilib ki, məsələyə ən qısa zamanda münasibət bildiriləcək.
Qeyd edək ki, Hafiz Məmmədovun biznesində işlər qaydasında getmir. Onun xeyli vaxtdır ciddi maddi böhran yaşadığı bildirilir."Hafka"nın külli miqdarda borclarının yarandığı da zaman-zaman KİV-lərdə öz əksini tapıb.
Elə bu maliyyə böhranı səbəbindən "Hafka" Fransada sponsorluğunu üzərinə götürdüyü "Lans" klubuna pul ödəyə bilməyib və onun boyun olduğu vəsaiti Azərbaycan dövlət öz üzərinə götürüb.
"Baghlan Group" prezidentinin yerli "Bakı" futbol klubu da maliyyə böhranının caynağında çabalayır. İndiyədək klubda bir neçə dəfə futbolçuların alacaqlarının ödənilməməsi səbəbindən qiyam yetişdiyi xəbərləri yayılıb.
İndi isə məlum olur ki, "Hafka"nın klubu hətta dövlətə də borclu imiş və vergidən yayınırmış. "Bakı" klubunun məbləği açıqlanmayan bu vergi borcu məsələsinə necə münasibət bildirəcəyini demək çətindir.
Amma hələlik görünən odur ki, Hafiz Məmmədovun maddi vəziyyəti KİV-lərin yazdığından və ictimaiyyətin təsəvvür etdiyindən də qat-qat pis imiş.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05