Ermənilərin "soyqırım" iflası
07:38 28-04-2015
İQTİSADİYYAT
Ermənilərin "soyqırım" iflası
Şivən bitdi: yenə aldandılar, yenə uduzdular
Alınmadı. Həqiqətən də, alınmadı. Bütün cəhdlərə, aksiyalara, dünyanın bir çox ölkələrindəki yürüşlərə və mitinqlərə, xərclənən milyardlarla dollara, avroya, rubla, hətta Vatikanda Roma Papasının keçirdiyi təntənəli liturgiya mərasimindəki "etirafa"a rəğmən - puç oldu.
Ermənilərin qondarma soyqırımı iddialarının 100 illiyi Yerevanda və dünyanın bir sıra ölkələrində "kədərli təntənə" ilə qeyd olunsa da, nəticələr gözlənildiyindən də pis oldu.
Doğrudur, Vaşinqtondan tutmuş, Tehranadək minlərlə, on minlərlə erməni küçələrə çıxdı, yürüşlər etdi, "Unutmadıq, tələb edirik!" şüarı ilə aksiyalar keçirdi, həmişəki kimi Türkiyə bayrağını yandırdı, bir para şəhərlərdə türklərə və azərbaycanlılara hücumlar etdi, sonra da erməni seçicilərinin səslərini düşünərək ermənilərin iddialarından faydalanmağa çalışan və onların hisslərinə tüpürmək belə, istəməyən Qərb siyasətçiləri, dövlət və hökumət başçıları "erməni soyqırımı"ından danışdılar.
Amma ermənilər narazıdırlar.
Axı onlar "soyqırımın 100 illik anımı" günündə böyük işləri, az qala fenomenal etirafları gözləyirdilər. Düşünürdülər ki, aprelin 24-də dünyanın böyük dövlətlərinin istisnasız olaraq hamısı "soyqırımın etirafı"nın yer aldığı bəyanatlar verəcəklər, sonra da dövlət və hökumət başçıları Yerevana yollanacaq, Siserkanaberddəki "Soyqırım memorialı"nda səf tutacaq, qəmli simaları və kədərli hissləri ilə erməniləri dəstəkləyəcəklər.
Olmadı.
"Niyə"lər az deyil və ermənilər həmişəki kimi, dünya siyasətində alət kimi istifadə olunaraq bir kənara atıldılar.
Ermənilərin ümidlərinin puç olmasının 4 əsas səbəbi və mərhələsi var.
1. Roma Papasının "etiraf"ı. Dünya katoliklərinin mənəvi və dini lideri, Roma Papası 1-ci Fransisk Vatikanda təntənəli liturgiya geçirərək "erməni soyqırım"ını tarixi fakt, 20-ci əsrin "ilk soyqırımı" kimi tanıdı. İlk baxışdan ermənilərə çox böyük hədiyyə olundu. Az deyil, Vatikan erməni iddialarını dəstəklədi.
Amma Vatikanın qərarı katoliklərin ermənilərə olan rəğbəti ilə yox, ermənilərdən istifadə etmək və onlara verilən "dəstək" görüntüsü ilə konkret geosiyasi məqsədləri reallaşdırmaqdır.
Təsadüfi deyil ki, 1-ci Fransisk "soyqırımı liturgiyası"nda ermənilərdən daha çox, Yaxın Şərqdəki xristianlardan və "müsəlman olmayan insanlar"dan danışdı.
Roma Papası bu insanların inanclarına, dinlərinə görə təqiblərə, sürgünlərə, edamlara məruz qaldıqlarını söylədi və əslində, Vatikanın gerçək məqsədi ilə bağlı konkret mesaj verdi.
Bununla da Vatikan "erməni soyqırımı" məsələsindən katoliklər üzərində təsir imkanlarını artırmaq, xristianlara "real təhlükə"dən, yəni Yaxın Şərqdə müsəlmanların radikallaşmasından bəhs etmək və ən başlıcası, katoliklərlə xristianların digər məzhəbləri arasında əsrlərdən bəri davam edən qarşıdurmalarda Roma Papası taxtının "sülhməramlı, tərəfdaşlığa meylli tərəf" olduğunu göstərmək üçün yararlandı.
Ermənilərin qriqoryan kilsəsi ilə katolik kilsəsi arasındakı münasibətlərin zahirən də olsa, mülayimləşməsi Vatikanın protestantlar, anqlikanlar, pravoslavlar, yevangelistlər, baptistlər və s. xristianlar üzərinə yeriməsini daha da aktivləşdirməyə yönəlib.
Ermənilər bunu indi anlayırlar - halbuki Vatikandakı liturgiyadan öncə və az sonra erməni diasporu, Eçmiədzindəki keşişlər və Yerevandakı hakimiyyət az qala ekstazda idilər.
Ayılma ağır oldu.
2. Almaniyanın "soyqırımı tanıması". Almaniya bundestaqındakı müzakirələr, sonra da almanların prezidenti Yoahim Qaukun çıxışında "erməni soyqırımı" ifadəsini işlətməsi heç də Berlinin ermənilərin iddialarını qəbul etməsi, razılaşması anlamına gəlmir, gələ də bilməz.
Çünki rəsmi Berlinin mövqeyi sırf daxili siyasi məsələlərin həllinə yönəlib. İqtidardakı Xristian Demokratlar və Xristian Sosialistlər koalisiyası "erməni soyqırımı" məsələsindən müxalifətə, daha doğrusu, siyasi rəqiblərə qarşı demokratik dəyərlər "dəyənəyi" qismində istifadə etdi. Bu "tanıma" həm də Almaniyada nasizm keçmişi ilə bağlı güclənməkdə olan revanşizm təmayüllərini zəiflətməyə xidmət edir.
Almaniya prezidentinin erməniləri "sevindirməsi"ndən sonra Yerevan aprelin 24-də onun "soyqırım anımı"na qatılacağını gözləyirdi.
Ancaq Qauk Yerevana getmədi, çünki Berlinin "soyqırımı tanıma" ssenarisində erməniləri "qudurtma" məqamları yoxdu.
3. Fransanın yeni oyunu. Fransa həmişə ermənipərəst mövqeyi ilə seçilib və Fransua Ollandın da aprelin 24-də Yerevana yollanması gözlənilən, təxmin olunan hadisə idi.
Fransada iqtidarda olan sosialistlər ölkədəki erməni diasporunun seçkilərdəki səslərinə həmişə ehtiyac duyublar. Xüsusilə də indi: sağ mühafizəkarlarla yanaşı, Le Penin başçılıq etdiyi ultraradikal və şovinist Milli Cəbhənin populyarlığının artdığı bir vaxtda. Olland Yerevandakı "soyqırımı ağlaşmaları"na getməsəydi, onun partiyası fransalı ermənilərin dəstəyini itirə bilərdi.
Bu isə sosialistləri çox qorxudur.
4. Vladimir Putinin Yerevan səfəri. Hə, bu məsələ lap qəlizdir.
Yerevanda çıxan "Lragir" qəzeti Rusiya prezidentinin aprelin 24-dəki mərasimdə iştirakı ilə bağlı belə yazıb: "... Vladimir Putinin İstanbula yollanmazdan əvvəl Yerevanda olması ermənilər üçün əslində təhqirdir. Ermənilərin çoxu aprelin 24-dəki aksiyaları və mərasimləri 1915-ci ildə Osmanlı Türkiyəsində baş vermiş hadisələrlə heç bir əlaqəsi olmayan məsələ sayırlar. Vladimir Putinin Yerevana təntənəli, amma eyni zamanda ürkək səfəri bizim üçün əsl milli biabırçılıqdır. Bu səfərin bizim üzümüzə vurulan şapalaq olduğunu yalnız azad insanlar hiss edə bilərlər".
"Erməni soyqırımı" ilə ötən ildən başlamış isteriya aprelin 24-də, "100 illiyin anımı" günü zirvəyə çatmışdı. Ermənilər gözləyirdilər, ümid edirdilər, nəyəsə və kimlərəsə bel bağlayırdılar.
Düşünürdülər ki, Rusiya belə "mühüm anda" bütünlüklə Ermənistanın yanında olacaq.
Türkiyədə Çanaqqala zəfərinin 100 illiyi münasibətilə təntənəli tədbirlər keçiriləcəyi bəyan ediləndə Yerevandakı hakimiyyət əminlik və qətiyyətlə bəyan etmişdi ki, strateji tərəfdaş, sınanmış müttəfiq və qardaş Rusiya həmin tədbirə yüksək çinli adamlarını yollamayacaq.
Bundan başqa, "soyqırım iddiaları"nın az qala BMT səviyyəsində tanınacağı gözlənilirdi.
Fəqət, gerçək o oldu ki, Ermənistandan savayı, dünyanın heç bir ölkəsi ermənilərin yalanlarına görə Türkiyə ilə geosiyasi və iqtisadi əllaqələrini bilmərrə pisləmək niyyətində deyil.
Üstəlik, Türkiyə Ermənistanla sərhədlərini açmağa da tələsmir və ermənilər artıq dərk edirlər ki, Ankara bu məsələni Moskva ilə müzakirə edib.
Əslində, türklər ermənilərlə danışıqlar aparası deyildilər: onlar Yerevanın gerçək sahibi ilə masa arxasına oturmağı Rusiyanın Ermənistandakı kölələri ilə təmaslardan üstün tutdular.
Ermənistanın Qərblə daha sıx əlaqələr qurmasını Rusiya istəmir və buna mane olur.
İş o yerə çatıb ki, Rusiyadakı ermənilərin diaspor təşkilatları artıq Ermənistanın yox, Moskvanın maraqları üçün çalışırlar və bunu da gizlətmirlər. Əksinə, Rusiyaya nə qədər sadiq qaldıqlarını, verilən əmrləri necə də vaxtında və tam yerinə yetirdiklərini göstərməyə çalışırlar.
Vladimir Putinin səfəri də məhz bu səbəblərdən ermənilərin arzularını puç etdi.
Üstəlik, İsraili də unutmayaq. ABŞ və Avropa Birliyində erməni diaspor təşkilatlarının ən çox çəkindikləri, hətta nifrət etdikləri qurumlar arasında ön yerlərdən birini yəhudi strukturları tutur.
Ermənilərin şivənlərinə və həyasızlıqlarına rəğmən, yəhudiləri mövqelərini dəyişməyiblər: "20-ci əsrin əsl soyqırımı Holokostdur, ermənilərin iddiaları isə ən uzağı kütləvi qırğın və ya ölümlər sayıla bilər".
Vladimir Putinin Yerevana səfəri həm də onu göstərdi ki, Türkiyə və Ermənistan arasındakı münasibətlərin normallaşması müstəvisindəki proseslərə nəzarəti ABŞ itirib, Moskva ələ alıb.
Rusiya da ermənilərin Türkiyəyə qarşı irəli sürdükləri iddiaları dəstəkləməkdən vaz keçməyə başlayıb.
Vladimir Jirinovskinin Dövlət Dumasında ermənilərdə "soyuq duş" effekti yaradan çıxışını da təsadüf, emosional açıqlama saymaq sadəlövhlük olardı.
V.Putin Yerevana yollansa da, Jirinovskinin çıxışı vasitəsilə ermənilərə eyforiyaya qapılmalarına lüzum duyulmadığı mesajını verdi.
Ermənilər də anladılar.
Pərişan oldular.
...Fransa prezidenti Fransua Olland Yerevanda, aprelin 24-də Ermənistan prezidenti Serj Sarkisyanla onun arvadının arasında oturmuşdu.
Parisdə isə Fransanın Konstitusiya Şurası "erməni soyqırımı"nın danılmasının cinayət sayılması ilə bağlı ölkə parlamentinin qərarını rədd edib.
Zavallı ermənilər - yenə də onlara söz verdilər, yenə də aldatdılar...
Elçin Alıoğlu
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05