ABŞ-da işçilər köləyə çevrilib
13:15 15-05-2015
İQTİSADİYYAT
Amerikanın nüfuzlu nəşrindən sensasion məqalə!
"Hamımız bilirik ki, son illərdə Amerikada qeyri-bərabərlik güclənib. Lakin mühafizəkarların sıralarında və hətta əksər liberallarda rəvac tapmış qəribəlik həmişə səslənir ki, qeyri-bərabərlik inkişafa görə ödədiyimiz qiymətdir. Əgər böyük inkişafa nail olmaq istəyiriksə, gəlirlədə fərqin artması ilə barışmalıyıq". ABŞ-ın nüfuzlu "Time" jurnalında dərc edilən məqalədə (12.05.2015) belə deyilir.
Rana Foruhar imzalı məqalədə daha sonra bildirilir: "Bu gün Nobel mükafatı laureatı, Kolumbiya universitetinin professoru və Klintonun iqtisadi məsələlər üzrə keçmiş müşaviri Cozef Stiqlits Ruzvelt İnstitutu üçün "Qaydaları yenidən yazmalı" adlı yeni məruzə yazaraq hamının bildiyi həqiqətə rəxnə salıb. Əslində, bu, tərəqqinin əksər tərəfdarlarının siyasətdə qarşıda duran dörd ildə görmək istədiyi tendensiya və dəyişiklikləri göstərən yol xəritəsidir.
Orada xeyli fitnəkar fikirlər və dərin kəşflər var, lakin başlıca nəticə bu cürdür: qeyri-bərabərlik labüd deyil və sosial yox, iqtisadi problemdir. Çünki əvvəlkinə nisbətən 1990-cı illərin iqtisadi yüksəlişi məhz onun ucbatından ləng baş verir və daha uzun çəkirdi. Qeyri-bərabərlik iqtisadi artıma görə bədəl deyil. Daha çox artımın ləngiməsinin sindromu və səbəbidir.
Stiqlitsin məruzəsi son dərəcə heyrətləndirir - xüsusən də onu Amerika tərəqqisi uğrunda Mərkəzin daha kəsərsiz əsəri ilə tutuşdurarkən. Klintonun digər keçmiş müşaviri Larri Sammersin yazdığı bu əsər orta təbəqəni necə möhkəmləndirmək haqqındadır. Çoxları güman edirdi ki, Sammersin əsərində Hillari Klintonun iqtisadi siyasətinin istiqamətləri ifadə olunacaq.
Bu yazılarda nələrsə səsləşir, lakin Stiqlitsin məruzəsi cəsarətli və dərindir. Onda təkcə Buşun idarəçiiyi dövrü deyil, həm də Bill Klintonun prezidentliyi dönəmində baş vermiş siyasi dəyişikliklərin daha dərin, dəhşətli qiyməti verilir.
Xüsusən də maliyyə bazarlarının nizamlanmaması, əməyə görə ödənişin korporativ sistemindəki dəyişikliklər, həmçinin 1990-cı illərdən bəri vergi dəyişikliklərindən söz açılır. Qeyri-bərabərlik və onun yüksəlişlə əlaqəsi qrup müzakirəsi və təqdimat vaxtı (mən orada moderator kimi çıxış edirdim, müzakirədə isə Nobel mükafatı laureatı Bob Solou, həmkarlar profesoru Hezer Bauçli, Massaçusets texnoloji institutunun professoru Saymon Conson, Kornel universitetinin professoru Linn Staut və sosioloq Sten Qrinberq kimi ekspertlər iştirak edirdilər) Stiqlits xüsusi vurğuladı ki, həm respublikaçı, həm də demokrat administrasiya qeyri-bərabərliyin güclənməsinə şərait yaratmış siyasət işlənib hazırlanmasında, həmçinin bu qeyri-bərabərliklə heç nə edə bilməyəcəyimizi iddia edən konsepsiya yaradılmasında günahkardır.
Stiqlits dedi: "Qeyri-bərabərlik labüd deyil. Burada söhbət iqtisadiyyatımızı srtukturlaşdırıb qəbul etdiyimiz qərarlardan və yaratdığımız qaydalardan gedir".
2016-cı il prezident kampaniyasının gedişində ən mühüm iqtisadi məsələlərdən biri bu cür səslənəcək: "Qeyri-bərabərlik niyə önəmlidir?" Cavab sadədir: çünki yüksəlişə mane olur və nəticədə hər kəsin rifahına mənfi təsir edir. Lakin qeyri-bərabərliyin səbəbləri xeyli mürəkkəbdir və bunlar sistemli xarakter daşıyır. Senator Elizabet Uorren və Nyu-York meri Bill de Blazio da forumda iştirak etdi və bu məsələdə hər şeyin tam aydınlaşmasına kömək oldular. De Blazio "var-dövlətə deyil, əməyə üstünlük verən cəmiyyətə doğru irəliləmək" üçün daha fəal ictmai aksiyalar keçirtməyə çağırdı. Uorren isə keçən həftə qeyri-bərabərlik və ticarət barədə danışarkən səsləndirdiyi dəlilləri təkrar etməyə başladı. O, hesab edir ki, prezident Obama transatlantik ticarət prosesinin sürətləndirilməsi üçün səlahiyyət əldə etsə, Atlantikanın hər iki tərəfindəki iri bank lobbiçiləri qeyri-bərabərliklə mübarizə üçün nəzərdə tutulmuş maliyyə islahatlarını daha çox korlaya bilərlər. Prezident bu çıxışa görə Uorreni zəif məlumatlandırılmış hesab etdi (Uorren bu cür açıqlamanın səbəblərini dəqiqləşdirmədi). Uorren qeyd etdi ki, bu ticarət sazişi 85%-i ya müəyyən sahənin lobbiçiləri, ya da iri biznesin təmsilçiləri olan 500 qeyri-dövlət təşkilatı ilə qarşılıqlı əlaqədə tərtib olunur.
Uorrenin Amerikanın iqtisadi oyunlarındakı cığallıq haqda andının Stiqlitsin məruzəsindəki iki açar qənaətə birbaşa dəxli var. Birincisi, qeyri-bərabərlik bütünlükdə və tamamilə siyasi iqtisada aiddir və varlılara iltifat göstərən Vaşinqtonun siyasi qərarları ilə bağlıdır. İkincisi, problemin təməlində hansısa ayrıca bir qərar - Dodd-Frank qanunu, kapitalın artmasından vergi, səhiyyə islahatları və yaxud əmək normaları deyil, bunların hamısı cəm halında durur.
Stiqlits dedi: "Bizim iqtisadiyyatımız - sistemdir". Həm də qeyri-bərabərliklə mübarizədə bir çox sahələrdə - maliyyə islahatı, korporativ idarəçilik, şirkət rəhbərlərinin maaşının ödənilməsi, vergi siyasəti, antimonopoliya qanunvericiliyi, kredit-pul siyasəti, təhsil, səhiyyə və əmək qanunvericiliyində sistemli yanaşma tələb edir. O həmçinin Federal ehtiyatlar sistemi (FES) kimi qurumun köklü şəkildə yenidən qurulmasını tələb edə bilər.
Stiqlits və Solou bu fikirdə həmrəydirlər ki, FES diqqəti hansısa ayrıca bir məqsədli göstəriciyə deyil, maaşların real şəkildə nə vaxt artmağa başlayacağına yönəltməklə işsizliyi yeni qaydada qeydiyyata almalıdır. Stiqlitsin sözlərinə görə, bu, ölkədə işsizlik durumunun ən yaxşı yöndə dəyişməsinin ən gözəl əlamətidir.
Bu cür daha tam kateqoriyalarla düşünmək bu məsələlərdən hər birini ayrıca, həm də öz marağı baxımından izləməyə vərdiş etmiş konqresmenlər üçün önəmli dəyişiklik ola bilərdi. Stiqlits və başqa iqtisadçıların müzakirə zamanı qeyd etdiyi kimi, bu, çox vaxt qarşılıqlı əlaqədə olur.
Məsələn, yatırımçılara böyük ödəmə xatirinə korporasiyaları hədsiz dərəcədə pul vəsaiti götürməyə təhrik edən pensiya fondlarının fəal səhmdarlarla necə işləməsi haqda düşünün. Eyni zamanda vergi daldalanacağında offşor hesablarda saxlanan endirilmiş maaşlar və azalan gəlirlər ondan xəbər verir ki, uzunmüddətli yatırımlar gerçək iqtisadiyyata qoyulmur, bu isə yüksəlişi ləngidir. Yaxud şirkətlərə səhiyyə sahəsində güzəştlərin bənd edilməsi səbəbindən işçi onlarln köləsinə çevrilir və hələ müstəqil biznesi demirik, əməkhaqqının yüksəldilməsini tələb edə bilmir.
Bu, böyük önəmi və mürəkkəbliyi olan mövzudur və Ruzvelt İnstitutundakı diskussiya ifrat solçuların davam edən kampaniyasının tərkib hissəsi oldu. Onlar çalışırlar ki, prezident vəzifəsinə mümkün namizəd Hillari Klinton Ağ Evə gələcəyi halda köhnə üsullarla hərəkət edə bilməsin. Tərəqqiçilər istəmirlər ki, o, maaşların ödənməsinin cüzi həcmi və gəlirlərin yenidən bölünməsi ilə kifayətlənməsin. Onlar istəyirlər ki, Klinton pul mədəniyyətində və ölkəmizin siyasi iqtisadiyyatında radikal dəyişikliklər həyata keçirtsin. Bu onun ərinin müşavirlərinin - Klintonun camaat qarşısında hələ də haqq-hesab çəkmədiyi kabusların işləyib hazırladığı qərarlar da daxil olmaqla keçmiş siyasətdən üzülməyi ifadə edir.
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05