Məmurlarımızı şoka salacaq daha bir xəbər
Artıq onlar ölkə rəhbərliyinə yazılan şikayətləri gizlədə bilməyəcəklər!
"İcra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sistemi respublikanın bütün şəhər və rayonlarında vətəndaşların müraciətlərinə, ərizə və şikayətlərinə mərkəzləşdirilimiş halda baxılmasına imkan verəcək". Bu barədə Prezidenti Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov "AzərTac"a müsahibəsində deyib.
"Yeni sistem təsisçi-administratora imkan verir ki, respublikanın bütün şəhər və rayonlarında vətəndaşların müraciətlərinə, ərizə və şikayətlərinə baxılmasını, həmçinin respublika üzrə sistemə daxil edilən bütün məlumatları mərkəzi server vasitəsilə müşahidə etsin"-deyə o vurğulayıb.
Eyni zamanda bu sistem prezidentə ünvanlanan müraciətlər barədə informasiyaları da qəbul edəcək. "Bu sistem hətta müraciətlər barədə məlumatların Prezident Administrasiyasına elektron formada göndərilməsi də bu sistem vasitəsilə təmin ediləcək. Əgər müraciətlərin daxil olduğu andan onların icrası başa çatanadək bütün prosesləri müşahidə etmək mümkündürsə, onda gecikmələrin, yaxud müraciətə vaxtında və düzgün baxılmamasının qarşısı daha tez alına bilər"-deyə S.İsmayılov vurğulayıb.
Sistemin fəaliyyətinin təşkilinə gəldikdə, Qaydalarda informasiya sisteminin məsul şəxsləri sistemlə əlaqədar bütün problemləri təsisçi-administratorla həll etməli olduğu göstərilib, informasiya sisteminin yerli icra hakimiyyəti orqanlarındakı iş yerlərinin mərkəzi serverlə əlaqələndirilməsi qaydaları, həmçinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bu sahədəki vəzifələri müəyyənləşdirilib.
Fərman imzalandıqdan dərhal sonra şöbəmiz tərəfindən bu sistemin fəaliyyətini təmin edəcək müvafiq qurumların nümayəndələri ilə birlikdə şəhər və rayon icra hakimiyyətləri aparatlarında müvafiq hazırlıq işlərinə başlanılıb: "Hazırda şəhər və rayon icra hakimiyyətləri aparatlarında bu işi yerinə yetirəcək şəxslərin müəyyən edilməsi başa çatır və yeni proqramın Fərmanda göstərilən müddətdə tətbiq olunmasında heç bir problem yaranmayacaq".
Fərmanda sistemin təsisçi-administratoru, operatoru və məsul şəxslərinin əsas vəzifələri konkret göstərilib və sistemin 2015-ci il iyulun 1-dək tətbiq olunacağı müəyyən edilib.
Xatırladaq ki, 2015-ci il aprelin 29-da ölkə başçısı "Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sisteminin yaradılması haqqında" Fərman imzalayıb.
İndi həmin fərman çərçivəsində vahid onlayn sistemin yaradılmasını fəaliyyətlərində qanunsuzluqlara, özbaşınalıqlara yol verən icra başçılarına və digər məmurlara "qara xəbər" kimi qəbul etmək mümkündür. Məsələ burasındadır ki, yerli məmurlar indiyədək müxtəlif yollarla vətəndaşların onlardan ölkə rəhbərliyinə şikayətlərinin qarşısını ala bilirdilər. Bununla da, onlar öz qanunsuz əməllərindən, özbaşınalıqlardan sıravi insanların şikayətlənməsini, giley-güzar etməsini ört-basdır etməyə, gizlətməyə nail olurdular.
Amma yuxarıda haqqında danışılan vahid onlayn sistemin yaradılması ilə artıq məmurların belə bir imkanı qalmayacaq. Vətəndaşların onlardan narazılığı ölkə rəhbərliyinin diqqətinə daha operativ və təhlükəsiz şəkildə yetişəcək. Bu isə öz qanunsuz əməlləri ilə xalqı boğaza yığan vəzifəli şəxslərin müəyyənləşdirilməsinə, onlar barədə lazımi ölçü götürülməsinə, ən əsası isə vətəndaşların şikayətlərinin araşdırılaraq üzləşdikləri haqsızlıqların aradan qaldırılmasına fürsət yaradacaq.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05