Ermənilərdən

Ermənilərdən həyasız böhtan

Ləzgi məsələsi nədən gündəmə gətirilir?

Bu günlərdə Bakıda binanın yanması nəticəsində 16 nəfərin dünyasını dəyişməsi dünya mətbuatının manşetinə çevrildi.Demək olar ki, ən aparıcı dünya mətbu orqanları yanğınla bağlı məlumatlar verdilər, yanğınsöndürənlərin, polislərin fəaliyyəti yüksək dəyərləndirildi.Hətta Azərbaycan polisinin bir çavuşu dünya mediasında "qəhraman polis" adına layiq görüldü.

Bununla paralel olaraq baş vermiş yanğınla bağlı müxtəlif versiyalarda səslənməyə başladı. Bəziləri bunu terror olayı kimi qiymətləndirdilər,bəziləri isə faciənin baş verməsini binanın üzlüyünün keyfiyyətsiz olması ilə əlaqələndirdilər. Hər halda bununla bağlı artıq dövlət səviyyəsində komissiya yaradılıb və nəticələr müəyyənləşəcək. İndilikdə isə şahidlərdən bəzilərinin verdiyi məlumata görə yanğın binanın yaxınlığındakı zibil qutusundan keçib. Amma gözlənilmədən hadisələrə fərqli baxış sərgiləyən və kifayət qədər təhlükəli olan yanaşma Ermənistan mediasından gəldi. Belə ki, Bakıda 16 nəfərin ölümü ilə nətisələnmiş yanğından sonra bəzi erməni KİV-ləri sevinslərini gizlətməyib. Erməni saytları hadisə ilə bağlı ortaya versiya atmaqla həm də Azərbaysanda yeni etnik qarşıdurmalar yaratmaq istəyiblər. Məsələn, Ermənistanın "Armenianreport" portalı dərhal "Spasibo Vam bratya "Sadval"" başlıqlı yazıda sevinsini gizlətməyib. Məqalədə iddia edilib ki, Bakıda baş vermiş hadisə "Sadval" qruplaşması tərəfindən həyata keçirilmiş terror əməliyyatıdır. "Bizim edəsəyimiz işi siz gördünüz",- deyə məqalədə vurğulanıb. Düzdür, sonradan "Armenianreport" portalına bunun əxlaqsızlıq olduğunu başa saldılar və material portalın səhifəsindən götürüldü. Amma erməni qruplaşmaları sosial şəbəkələrdə məsələ ilə bağlı sevinslərini gizlətməyiblər. Məsələn, "Armenian Military Portal" adlı qruplaşma eyni versiya ilə müxtəlif portallarda material yerləşdirərək hadisənin "Sadval" qruplaşması tərəfindən həyata keçirildiyini iddia ediblər: "Bu gün Bakıdakı hadisə bizim qardaşlarmız - "Sadval" hərəkatının fəalları tərəfindən həyata keçirilib. Bizimlə bir yerdə olduğunuza görə sağ olun, qardaşlar! Biz bunu unutmayasağıq! Vaxt gələr və sizə yardım edərik!"
Ermənilərin bu iddiası ləzgilər tərəfindən siddi etirazla qarşılaşıb. "V kontakte" sosial şəbəkəsinin Renat Şaqoyev adlı ləzgi iştirakçısı ermənilərə istənilən ölkədə baş verə biləsək bir qəzadən istifadə edib ləzgilər barədə dezinformasiya postları yazmamağı tələb edib. O, Azərbaysanda ləzgilərə və ləzgi dilinə böyük hörmətin olduğunu bildirib: "Azərbaysanlılar normal və ləyaqətli insanlardır, onlarda nasizm yoxdur… Söhbət bitib! Ləzgilər barədə yazını götürün. Siz ermənilər həmişə insanları kürəkdən vurursunuz və xalqların arasını vurmağa çalışırsınız!".
Renat Şaqoyev bu məsələdə çox haqlıdır. 1988-si il dekabrın 7-də Spitakda zəlzələ olan zaman ermənilərin Qarabağ iddialarına baxmayaraq Azərbaysan Gümrüyə yardım təyyarəsi göndərdi. 1988-si ill dekabrın 11-də Azərbaysandan yola düşən "İl-76" təyyarəsi dispetçer tərəfindən yanlış yönləndirilib və dağa dəyib. Hadisə nətisəsində 9 uçuş heyəti üzvü və 63 nəfər xilasedisi həlak oldu. Xilasedisilər Azərbaysanın müxtəlif rayonlarından çağırılmış ehtiyatda olan hərbçilər idi. Yalnız bir xilasedisi sağ qalmışdı və ömürlük əlil oldu.Ermənistan mediasının bu yanaşmasını "Unikal"a şərh edən politoloq Niyaməddin Mehdixanlı maraqlı məqamlara aydınlıq gətirib:" Dünən baş vermiş hadisə ilə bağlı Ermənistan mətbuatında gedən məlumatlarda yazırlar ki, Azərbaycanda terror hadisəsi baş verib və bunu Sadval törədib. Bunun özü bir daha sübut edir ki, Azərbaycanın düşmənlərinin əsas məqsədi və hədəfi Azərbaycanda keçirilən ilk Avropa Oyunlarıdır. Onların məqsədi Azərbaycanda qorxu, xof yaratmaqdır. Məqsədli şəkilidə bunu terror adlandırırlar. Bilirlər ki, Azərbayana minlərlə qonaq gələcək. 2000-ə yaxın Avropanın telekanalları, agentlikləri, mediası, xəbər portalları gələcək və bütün Avropaya Azərbaycanı göstərəcək. Avropa Oyunları yaxınlaşdıqca bütün güclərini işə salıblar.Dünən baş vermiş hadisə ilə bağlı cənab prezident İlham Əliyevin Dövlət Komissiyasının yaradılması haqqında sərəncamının verilməsi onu göstərdi ki, baş vermiş hadisə ölkə rəhbərliyinin birbaşa nəzrətindədir.Bu gün artıq prezident İlham Əliyev hadisə yerində olub. İnanıram ki, bu hadisənin təxribat və ya məmur səhlənkarlığının olmasının müəyyən edilməsini Dövlət Komissiyası qısa müddətdə araşdırıb müəyyən edəcək. Şəxsən mən ehtimal edirəm ki, baş vermiş hadisə təxribat məqsədi ilə də edilə bilər. Məncə, bu üzlüklər artıq 1 ilə yaxındır ki, vurulub. Niyə indi durduğu yerdə birdən- birə yanmağa başladı?! Bunun yanmasının səbəbi nədır? Göründüyü kimi, bir çox suallar var. Bütün bu sualların cavabı yaxın zamanlarda məlum olar...". Politoloq Əli Orucov da "Unikal"a açıqlamasında bunu təxribat adlandırdı:" Ermənistan təbii ki, Azərbaycana düşmən olduğundan ölkəmizdə baş verən xoşagəlməz hadisələrə də öz prizmalarından yanaşacaqlar. Mən özüm də erməni mətbuatını dünəndən izləyirəm, sanki bu hadisə əllərinə göydən düşmə bir fürsət verib ki, Avropa Oyunları qabağı anti-təbliğatlarını genişləndirsinlər. Bir xalq olaraq biz hamımız bu dəhşətli yanğın hadisəsindən üzüldük, sarsıntı keçirdik. Lakin dövlətimiz belə faciələrin ağırlığını qaldırmaq gücündədir. Ermənilər də dövlətimizin gücünü bir daha gördülər. Ermənilərin məqsədi 1-ci Avropa Oyunları ərəfəsində terror amilini qabartmaqla qorxu, təlaş yaratmaq isəyirlər ki, oyunlara gələcək minlərlə idmançıların, turistlərin azarkeşlərin içində şübhə oyatsınlar. Onları Bakıya gəlməkdən çəkindirsinlər. Öz aləmlərində güya ki, bu tarixi tədbiri pozsunlar. Bunu Sadvalın üzərinə atmaqla ölkə daxilində milli münasibətlərdə gərginlik, nifrət və toqquşma yaratsınlar. Amma hər kəsə bəllidir ki, terroru dəstəkləyən də bunu dövlət siyasətinə çevirən də məhz Ermənistan hakimiyyətidir. Sərnişin qatarını partladan, Sadvalçıların da arxasından yenə Ermənistanın xüsusi xidmət oraqanları çıxdı. Burda məqsəd həm də daxildə xalqımızda dövlətçiliyimizə, dövlətin müvaqfi strukturlarına inamsızlıq yaratmaqdır. Təəssüf ki, bu cür olay kimlərinsə məsuliyyətsizliyi və tamahkarlığı ucbatından baş verdi. Hər halda prezident tərəfindən komissiya yaradılıb. Günahkarlar öz cəzalarını alacaqlar. Bunu düşmənlərimiz də dostlarımız da görəcəklər".

Mehdi Əli