Alt paltarı üzərində qurulan efir siyasəti
11:39 23-05-2015
İQTİSADİYYAT
Alt paltarı üzərində qurulan efir siyasəti
Vüqar Qaradağlının təqdim etdiyi Azərbaycan səfalət beşiyini xatırladır
Son zamanlar bir sıra özəl telekanallarda baş verən əcaib hadisələr cəmiyyət tərəfindən ikrahla qarşılanmaqdadır. Demək olar ki, hər gün efirlərdə əxlaqsızlığı təbliğ edən, cəmiyyəti yanlış istiqamətə yönəldən verilişlər yayımlanır və çox təssüf ki, bunların qarşısını almaq hələ ki, mümkün deyil. Bu istiqamətdə isə "uğur" qazanan telekanal ATV-dir. Qeyd edək ki, Vüqar Qaradağlı bu kanala təyin olunandan dərhal sonra kanalın efir siyasəti tamamilə dəyişdi. Əslində kanalın efir siyasəti yoxa çıxdı. Gəlin detallara diqqət yetirək.
Dövlət siyasəti və
Qaradağlı avantürası
Hər zaman Azərbaycanda telekanalların əksəriyyəti üçün prinsipial məsələlər var idi və bunlar aşağıdakılar olurdu
1. Dövlətin siyasi maraqlarının qorunması
2. Dağlıq Qarabağ probleminin daima nəzarətdə saxlanılması
3. Milli təhlükəsizliyimizin inkişafına xidmət
4. Prezident İlham Əliyevin Azərbaycanın inkişafı istiqamətindəki siyasi xəttinin təqdimatı
5. Cəmiyyətin milli-mənəvi əxlaqlar əsasında maarifləndirilməsi
Amma Vüqar Qaradağlının ATV-yə təyinatından sonra bu kanalda bütün prinsiplər alt-üst edildi. İlk növbədə cəmiyyətin tərbiyyəsinə mənfi təsir göstərəcək proqramlar efir üzü görməyə başladı. Daha çox auditoriya toplamaq üçün Vüqar Qaradağlı efiri demək olar ki, milli-mənəvi dəyərlərdən uzaqların ixtiyarına buraxdı. Sadəcə olaraq daha çox reklam gəlsin prinsipini əsas götürən Qaradağlı kanalı Zaurların ixtiyarına buraxdı. Təsəvvür edin, ekran qarşısında uşaqdan böyüyə tamaşaçılar əyləşib, efirdə isə Zaur Baxşəliyev adlı aparıcı arvadını belinə alaraq gəzdirir. Sizcə bu biabırçılığa baxan tamaşaçının, yeniyetmənin görüb-götürdüyü nə olacaq? Və yaxud "Gündəlik" verlişinin aparıcısı Mətanət alt paltarını nümayiş etdirə-etdirə "şbaqat" açır və bununla fəxr etdiyini belə nümayiş etdirir. Nəticədə Vüqar Qaradağlının cibinə pul daha çox gəlir, ekran qarşısında əyləşən yeniyetmələr isə Mətanətin alt paltarına baxmaq məcburiyyətində qalır. Bəs bundan sonra hansı efir əxlaqından və mədəniyyətindən danışmaq olar?. Çox təəssüflər ki, bunlarla bağlı cəmiyyətdə ciddi etirazlar olsa da Vüqar Qaradağlı gözünü yumaraq şəxsi mənafeyini dövlət siyasətindən,efir siyasətindən üstün tutdu.
Hakimiyyətə
qarşı təxribat
Bu gün ATV kanalı həm də sözün həqiqi mənasında mövcud hakimiyyətin həyata keçirtdiyi siyasətə ağır zərbə vurur. Bu kanala tamaşa edəndə gördüyümüz nə olur? Azərbaycan cəmiyyətinin sosial bəlalar içində itib-batması, iqtisadi tükənmə, mənəvi əxlaqsızlığın ölkədə inkişafı haqqında yaradılan rəydən başqa heç nə. Bu gün Avropada, ABŞ-da müəyyən qüvvələri Azərbaycana qarşı böhtan kampaniyası aparmaqda ittiham edirik. Əslində isə bu kampaniyanı genişləndirən və əhalidə yanlış rəy yaradan elə ATV-dir. Təsəvvür edin,rəsmi xəbər yayılır ki, onlarla, yüzlərlə yeni iş yeri açıldı. Bir neçə dəqiqədən sonra isə Zaurlar efirə çıxaraq bunun tam əksini sübut etməyə çalışır, hansısa tüfeylini taparaq efirə çıxardıb onun Azərbaycanda hansı əzablar çəkdiyini nümayiş etdirirlər. Belə olan halda cəmiyyət nəyə inanmalıdır? Və yaxud, ailəsi dağılmış bir qadını efirə çıxardır, üzərində şou düzəldir və cəmiyyətə nümayiş etdirirlər ki, Azərbaycan əxlaqsızlıq girdabında boğulur. Belə olan halda Azərbaycanın milli-mənəvi dəyərlər üzərində formalaşdığını bəyan edən hakimiyyətin qarşısına ATV nədən belə qarayaxma kampaniyasını çıxardır? Bu gün peyk vasitəsi ilə dünyaya yayımlanan ATV-də təqdim olunan Azərbaycana kimin hörməti ola bilər? Gördüyünüz kimi Azərbaycana qarşı ən böyük təxribatı, erməni lobbisindən də effektli şəkildə həyata keçirən elə ATV və onun rəhbəri Vüqar Qaradağlıdır.
ATV basdırılmış
bombadır
Ümumiyyətlə bildirilir ki, Vüqar Qaradağlı siyasi dünyagörüşü, təşkilatçılıqı olmayan bir şəxsdir və onun üçün ən ümdə vəzifə sadəcə olaraq daha çox reklam əldə etməkdir. Elə buna görə də ATV kanalının efirindən müəyyən qüvvələr istədiyi kimi istifadə edirlər və bunun qarşısı alınmır ki, alınmır. Maraqlıdır, bəs sabah ölkədə hansısa gözlənilməz olay baş verərsə, hansısa ciddi təzyiqlər olarsa ATV kanalı hansı xətti tutacaq? Baş verənləri əsas gətirərək çəkinmədən deyə bilərik ki, bu kanal Azərbaycana ilk zərbə vuran mərkəzə çevriləcək. Çünki bu kanalın nə efir siyasəti var, nə də sabaha baxışı. Sponsor varsa, efir qurbandır prinsipi ilə işləyən Vüqar Qaradağlı bu gün efirə nə cür nəzarət edə bilmirsə, sabahda efir kimlərinsə istifadə tribunasından başqa heç nə olmayacaq. Necə ki, bu günlərdə Binəqədi rayonunda bir binanın yanması və nəticədə əksəriyyəti körpələr olmaq şərti ilə 15 nəfərin dünyasını dəyişdiyi zaman, ATV mövqe sərgilədi və cəmiyyətin nifrətini qazandı. Dünyasını dəyişmiş insanlar dəfn edilməmiş belə "Gündəlik" verlişinin aparıcısı efirə çıxaraq bu faciəyə baş qoşmamağı və bunu bir yuxu kimi xatırlamağı tövsiyyə edərək milyonlarla insanın heysiyyatına toxundu. Bu o zaman baş verirdi ki, prezident İlham Əliyev dövlətin bütün resurslarını səfərbər edərək faciənin aradan qaldırılmasını təmin edir, dünyasını dəyişmiş insanların yaxınlarına prezident olaraq təskinlik verir, xüsusi komissiya yaradaraq baş verən faciənin araşdırılmasını təmin edirdi. ATV isə efirdə bəyan edirdi ki, faciəyə ilişib qalmayın. Çal-çağır siyasətini davam etdirək. Təsəvvür edin, bütün dövlət, prezident başda olmaqla bu faciənin qarşısını almaq üçün addımlar atır, ATV-də isə bildirirlər ki, hərə öz işi ilə məşğul olsun. Gəlin, elementar bir misala diqqət yetirək. Sabah erməni qüvvələri Azərbaycana qarşı hərbi müdaxilə edir, divversiya əməliyyatları həyata keçirirlər və ATV-də aparıcı bəyan edir ki, boş şeydir. Son günlər baş verənlər sübut etdi ki, nəzarətsiz qalan ATV kanalında belə olayın baş verməsi hər saniyə mümkündür. Hələ bir müddət öncə Ermənistan silahlı birləşmələri atəşkəsi pozaraq irimiqyaslı hərbi əməliyyatlar həyata keçirtdi. O zaman bir sıra saytlar və ATV kimi nəzarətsiz qalan media qrupları az qala erməni hərbi birləşmələrinə saniyəbə-saniyə informasiya verirdilər. Elə buna görə də PA-in rəhbəri Ramiz Mehdiyev müşavirə keçirtdi və baş verənləri sərt tənqid etdi. Amma görünür ATV bundan hələ də nəticə çıxartmayıb və Azərbaycana qarşı qarayaxma kampaniyasını uğurla həyata keçirir. Neçə ki, Vüqar Qaradağlı aparıcıların alt paltarı üzərində efir siyasəti qurur, bu təhlükə hər zaman qalacaq və Azərbaycanı onlar səfalət içərisində çürüyən insanların vətəni kimi nümayiş etdirəcəklər.
Elvin Rüstəmov
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05