Milli Şuraya daha bir zərbə; VHP də bu qurumda fəaliyyətini dayandırdı
10:28 03-07-2015
İQTİSADİYYAT
Milli Şuraya daha bir zərbə; VHP də bu qurumda fəaliyyətini dayandırdı
Sabir Rüstəmxanlı: "Milli Şura dağılmış vəziyyətdədir, VHP üzvləri parlament seçkilərinə yalnız partiyanın siyahısı ilə gedəcəklər"
Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi Nəzarət Təftiş Komissiyasının (MNTK) sədri Telman Ələkbərov Milli Şurada fəaliyyətini dayandırıb.
T.Ələkbərov deyib ki, Milli Şura bir müxalif qurum kimi gücünü az-çox göstərib, o da bu qurumun fəaliyyətində iştirak edib. T.Ələkbərov bildirib ki, Milli Şura artıq öz işini gördü, bu, onun üçün yetərli sayılır: "Mən son vaxtlar Milli Şuraya gedib-gəlmirəm. Həm əməliyyat olunmuşam, həm də baxıram ki, mən orada öz işimi yetərincə gördüm. Ancaq mən bir partiyanın üzvüyəm, Nizamnamədən kənara çıxa bilmərəm, o halda gərək partiyadan çıxıb gedəm. Əslində Milli Şurada fəaliyyətim artıq dondurulmuş, dayandırılmış bir şeydir. Biz Milli Şurada müxalifətin gücünü göstərmək üçün iştirak etdik, onun da nə qədər gücü olduğu bəlli oldu. Həm də mən isə VHP MNTK-nın sədriyəm.
"Milli Şuranın ayrıca siyahı ilə parlament seçkilərinə qatılıb-qatılmayacağını bilmirəm. Bizim partiya üzvləri isə seçkilərə yalnız partiyanın siyahısı ilə gedəcəklər". Bunu APA-ya açıqlamasında Milli Şurada təmsil olunan Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) üzvlərinin parlament seçkilərində hansı qaydada iştirak edəcəkləri ilə bağlı sualı cavablandıran VHP sədri Sabir Rüstəmxanlı deyib.
Qeyd edək ki, hazırda VHP Ali Məclisinin sədri Rafiq Manaflı partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli Milli Şuranın üzvüdürlər, partiyanın Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri Telman Ələkbərov isə artıq qurumda fəaliyyətini dayandırdığını açıqlayıb.
S. Rüstəmxanlı isə bildirib ki, VHP-nin Milli Şuradakı üzvləri qurum yeni yaradılanda fəal olublar, amma bu gün Milli Şura dağılmış vəziyyətdədir: "Mən Milli Şuranın parlament seçkilərinə ayrıca siyahı ilə gedəcəyini də düşünmürəm. Partiyamızın üzvləri isə seçkilərə yalnız partiyanın siyahısı ilə gedəcəklər".
R. Manafl isə açıqlamasında parlament seçkilərində iştirak etməyəcəyini açıqlayıb: "Milli Şura parlament seçkilərində iştiraka qərar versə də, mən seçkiyə qatılmayacam".
S. Əsədli isə açıqlamasında deyib ki, hər şeydən öncə VHP üzvüdürlər: "Ən önəmlisi partiyanın qərarı, sonra digər məsələlərdir. Partiya qərarına uyğun hərəkət edəcəyik. Milli Şura da seçkilərdə iştirak barədə qərar versə, qarşılıqlı dəstək də ola bilər.
Qərib
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05