Stomatoloji kabinetlərdə xəstəliklərdən necə qorunmalı?
Ölkədlə həkim məsuliyyətsizliyinin qurbanı olanların sayı artır
"2011-ci ildə hiss elədim ki, fiziki cəhətdən məndə güclü geriləmə gedir. Həkimə müraciət elədim. Məlum oldu ki, diş həkimlərinin məsuliyyətsizliyi ucbatından Hepatit C virusuna yoluxmuşam". Bunu deyən Müslüm Məmmədov tək deyil.
Onun kimi həkim məsuliyyətsizliyinin qurbanı olanlar çoxdur. Nəzərə alsaq ki, son zamanlar əhali arasında diş xəstəliklərinin sayı artıb, bu da həkimə gedənlərin sayını artması deməkdir. Həkimə müraciət etdiyimiz zaman bizi hansı təhlükələr gözləyir?
Ən xırda həkim məsuliyyətsizliyi sizin həyatınız üçün böyük təhlükə yarada bilər. Odur ki, həkimə gedən zaman mütləq onun təmizliyinə, alətlərin sterilizə olunmasına diqqət edin.
Həkim-mütəxəssis Sədrəddin Atakişizadə deyir ki, Hepatit B və C əsasən iynə, şprisdən təkrar istifadə, qan, orqan köçürmə zamanı və cinsi yolla keçə bilir: "Ona görə də burda çalışıb maksimum birdəfəlik istifadə olunan ləvazimatlar işlənməlidir. Digər istifadə edilən əşyalar da yüksək səviyyədə avtoklobda sterilizasiya olandan sonra ikinci şəxsə tətbiq ola bilər. Bəzən həkimlər alətlərin spirtdə saxladığını deyir. Bu isə yanlışdır. Bu viruslar ətraf mühitə dözümlü olduğuna görə, asanlıqla onlar məhv olmurlar. O ancaq yüksək temperaturda 134 %S -də 45 dəqiqə avtoklabda sterilizasiya olduqdan sonra məhv ola bilir. Əks təqdirdə, sağlam qalır".
Həkim-stomatoloq Səfərəli Vəzirov isə bildirir ki, əvvəllər xəstələr daha çox ağrıdan qorxduqları üçün həkimə getmirdilərsə, indi diş vasitəsilə keçə biləcək xəstəliklərdən qorxduqları üçün gəlmirlər. Həkimə müraciət edənlərin əksəriyyəti ilk olaraq qiymət, daha sonra isə təmizliklə maraqlanır. Onun sözlərinə görə, əvvəllər quru hava sterilizatorları olub ki, bu da infeksion xəstəlikləri yaradan bakteriyaları öldürməyib. İndi müasir avtoklablar var ki, bütün alətlərin sterilləşdirilməsinə tam şərait yaradır: "Stomatoloji klinikalarda sterilizasiya prosesi xüsusi sterilizasiya blokunda həyata keçirilməlidir. Buna isə ixtisaslaşdırılmış tibb bacısı nəzarət etməlidir. Qoruyucu vasitələr olmalıdır. Əlcəkdir, maskasıdır, qoruyucu eynəklərdir. Xəstənin özünün də istifadə olunan birdəfəlik vasitələr var ki, hər pasientdən sonra dəyişilir. Bu, artıq sterilizasiyadan gəlmiş alətlərdir. Bunlara artıq toxunulmayıb. Paketlənmiş şəkildə avtoklaba girib çıxıb, hal-hazırda sterildir".
Son zamanlar diş ağrılarının sayının artmasından danışan həkimin sözlərinə görə, diş ağrısı bəzən başqa xəstəliklərlə də bağlı ola bilir. Buna baxmayaraq, ən çox müraciətlər kariyes və müəyyən diş əti xəstəlikləri ilə bağlı olur. Problemlərdən biri də diş fırçalamasının düzgün həyata keçirilməməsidir.
Uşaq vaxtından dişlərimizi üfüqi şəkildə fırçalayırıq. Bu isə səhvdir. Nəzəri olaraq biz bunu deyirik praktiki olaraq göstərək. Diş fırçaları seçən zaman fırçanın tük tərəfini qoruyan qoruyucu qapaq olsun. Çünki bu diş əti xəstəliklərinə səbəb ola bilən infeksiyaları ağız boşluğuna keçirə bilir. Diş şotkasını saxlayırıq vanna otağında ağız ağıza bu da düz deyil. Biz fikir veririk ön tərəfdəki dişlərin təmizlənməsinə. Ən düzgün taktika şaquli şəkildə diş ətindən dişin kəsici tərəfində istiqamətlənmiş formada həyata keçirilməlidir.
Həkim məsləhət görür ki, diş saplarından da istifadə olunsun. Onun sözlərinə görə, çox zaman diş məcunları seçərkən xarici istehsala üstünlük verilir. O, uşaqlara diş məcunu seçərkən diqqətli olmağı, xüsusilə uşaqlar üçün nəzərdə tutulmuş ftor tərkibli diş məcunlarından istifadəni tövsiyə edir: "Hər bir insanın bir məcundan yox, iki-üç məcundan istifadə etməsi məsləhətdir. İstənilən insanın ağzında bir deyil, bir neçə problem olur. Profilaktik nöqteyi-nəzərdən müxtəlif məcunlardan istifadə etmək məsləhət görülür".
İnsanların bir-birinə arzuladığı əsas keyfiyyətlərdən biri də məhz gülüşdür. Təbii ki, cəsarətli və ürəkdən gülməyimiz üçün dişlərimizin sağlam , gözəl, bəyaz görünməsi çox vacibdir.
Dişləri qorumaq üçün gündə iki dəfə fırçalamaq, diş çöplərindən istifadə etməmək, ildə iki dəfə problem olmasa belə, həkim müayinəsindən keçmək, ən əsası zərərli vərdişlərdən uzaq olmaq gərəkdir.
Aliyə
Digər Xəbərlər
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18
2024-11-27 13:51:44
2024-11-27 13:45:22
2024-11-27 13:34:49
2024-11-27 13:22:49
2024-11-27 13:19:08
2024-11-27 11:29:13
2024-11-27 11:24:20