YAP-çı deputat iqtisadi inkişafdan danışıb
10:52 16-07-2015
CƏMİYYƏT
Sədaqət Vəliyeva: "Əldə olunan uğurlar Azərbaycanın perspektiv inkişafı üçün daha geniş imkanlar yaradır"
"Cari ilin 6 ayının yekunlarına nəzər yetirdikdə bir daha əmin oluruq ki, Azərbaycan qlobal böhran yaşayan dünyanın sabitlik adasıdır". Bu fikirləri YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, Azərbaycan dövlətinin sosial məsələlərə daha çox diqqət ayırması və sosial infrastruktur quruculuğunu davam etdirməsi ölkəmizin sosial siyasətinin mahiyyətini ortaya qoyur: "6 ayda iqtisadiyyatımızın 5,7 faiz, sənaye istehsalının təxminən 4 faiz, qeyri-neft sənayesinin 14 faizdən çox, kənd təsərrüfatının 7,3 faiz artması nəticəsində Azərbaycanın dayanıqlı inkişafı təmin edilib. Bu da öz növbəsində dünyada davam edən sosial-iqtisadi böhrana baxmayaraq, Azərbaycanda güclü sosial siyasətin həyata keçirilməsinə şərait yaradıb. Elə bunun nəticəsidir ki, 112 min ailə, 490 min insan bu yardımı alır və hər ailəyə orta hesabla təxminən hər ay 150 manat pul verilir. 20-dən çox məktəb, 30-dan çox tibb müəssisəsi təmir olunur və tikilir".
Millət vəkili əlavə edib ki, birinci 6 ayda ölkəmizdə 60 minə yaxın yeni iş yeri açılmışdır ki, onlardan 48 mini daimi iş yeridir: "Qeyd edim ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın şaxələndirilməsi və sürətlə yeni iş yerlərinin açılması siyasəti nəticəsində işsizliyin səviyyəsi MDB məkanında ən aşağı səviyyəyə - 5 faizə enib. Halbuki, bir çox Avropa ölkələrində bu göstərici yüksəlməkdədir. Məsələn, 2015-ci ilin may ayında işsizlik səviyyəsi Avropa İttifaqında 9,6 faiz olub. Bu gün Azərbaycan gənclər arasında aşağı işsizlik həddi olan dövlətlərdən biridir. Ölkəmizdə 15-24 yaş arasındakı gənclər üzrə işsizlik səviyyəsi 13,5 faiz olduğu halda, Avropa İttifaqında bu, 20,6 faizdir".
Sədaqət Vəliyeva bir daha xatırladıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə yürüdülən inkişaf strategiyası Azərbaycanın qlobal maliyyə və iqtisadi böhrandan əziyyət çəkməsinə imkan verməyib: "Hətta, dünyanın bir sıra inkişaf etmiş ölkələrində iş yerləri ixtisar olunduğu, sosial xərclər azaldıldığı bir vaxtda Azərbaycan sosial sahəyə büdcə ayırmaları daha da artılır. Bunlar bir daha Azərbaycanda yürüdülən siyasətin effektivliyindən, dövlətin vətəndaşlarına olan diqqət və qayğısından xəbər verir. Əldə olunan uğurlar Azərbaycanın perspektiv inkişafı üçün daha geniş imkanlar yaradır və əminəm ki, nailiyyətlərimiz daha da çox olacaq".
Fuad
Digər Xəbərlər
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18
2024-11-27 13:51:44
2024-11-27 13:45:22
2024-11-27 13:34:49
2024-11-27 13:22:49
2024-11-27 13:19:08
2024-11-27 11:29:13
2024-11-27 11:24:20
2024-11-27 11:15:59