Azad Rəhimov vətəndaşları dinlədi
11:05 22-07-2015
CƏMİYYƏT
Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov 21 iyul 2015-ci il tarixdə Quba rayonunda Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran rayonlarından olan vətəndaşları qəbul edib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Quba rayonu Heydər Əliyev Mərkəzində baş tutan qəbulda ümumilikdə 30 nəfərin şikayət və təkliflərinə baxılıb.
Müraciətlərdən 13-ü idman sahəsi (fəxri adların verilməsi, idman dərəcələrinin verilməsi, stadion idman avadanlığı, idman zallarının tikilməsi), 5-i gənclərlə iş sahəsi (QHT-in yaradılması, gənclərin mənzil şəraiti, gənclər mərkəzinin tikintisi ilə əlaqədar digər məsələlər), 10 –u isə işlə təmin olunma üzrə olub.
Digər müraciətlər isə təhsil və sosial yardım ilə bağlı olub. Qaldırılan məsələlərin bir qismi (idman avadanlıqlarının verilməsi) yerindəcə həllini tapıb.
Həll olunması vaxt tələb edən məsələlər isə nəzarətə götürülmüş və bununla əlaqədar olaraq müvafiq tapşırıqlar verilib.
Digər Xəbərlər
2024-11-03 12:16:57
2024-11-03 10:40:33
2024-11-03 10:32:06
2024-11-03 09:42:33
2024-11-03 09:40:56
2024-11-03 09:14:57
2024-11-03 08:44:55
2024-11-02 21:25:41
2024-11-02 19:18:18
2024-11-02 18:40:05
2024-11-02 18:02:40
2024-11-02 17:50:12
2024-11-02 17:10:10
2024-11-02 16:43:08
2024-11-02 13:34:23
2024-11-02 13:28:16
2024-11-02 13:22:15
2024-11-02 12:45:19
2024-11-02 11:49:24