Avropa Azərbaycanın yanındadır, Ermənistanın yox
11:55 24-07-2015
CƏMİYYƏT
Ermənistandan birdəfəlik xilas olmağın yolu isə onu düşdüyü bataqlıqdan çıxması üçün işğalçı siyasətindən əl çəkməsinə inandırmaq lazımdır
Ermənistan acından ölmək istəmirsə, işğaldan əl çəkməlidir. Ermənilər səfillikdən, aclıqdan xilas olmaq istəyirlərsə, işğal etdikləri Azərbaycan torpaqlarından çıxmalı, dədə-baba yurdlarımızı tərk etməlidirlər. Çünki başqa çıxış yolları, çarələri yoxdur.
Bu barədə bir qədər sonra. İndi isə ermənilərin nicatı olacaq məsələlərin kökü ilə bağlı bəzi vacib məqamlara toxunmaq istəyirəm.
Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Azərbayana səfər etdi. Səfərin Azərbaycanın Avropa ilə iqtisadi, siyasi və bir sıra digər sahələrdə əməkdaşlığının inkişaf etməsində əhəmiyyətini qeyd etmədən öncə vurğulamağı vacib hesab edirəm ki, yüksək səviyyədə baş tutan bu səfər zamanı həm Azərbaycan Prezidenti İlham Əliyev, həm də Avropa rəsmisi tərəfindən Qafqaz regionu, eləcə də bütün dünya üçün bu gün çox əhəmiyyət kəsb edən sülhün, əmin-amanlığın bərqərar olunması istiqamətində ciddi mesajlar səsləndirildi. Hesab edirəm ki, bunlardan ən önəmliləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi ilə bağlı olan fikirlərdir.
Azərbaycan Prezidenti İlham Əliyev bildirdi ki, biz münaqişənin beynəlxalq norma və prinsiplər çərçivəsində həll olunmasını istəyirik: "Ümid edirik ki, gələcəkdə işğalçıya daha çox təzyiq göstəriləcək ki, Azərbaycan torpaqlarını geri qaytarsın və danışıqlar prosesini yekunlaşdırsın. G?l?c?kd? artıq münasib?tl?rin normallaşmasından danışa bil?rik".
Bu fikirlər, əslində, uzun illər həll olunmayan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə qısa bir zamanda həll edilməsinin çox aydın tezisləridir. Dövlət başçısı birmənalı açıq şəkildə bəyan etdi ki, işğalçı ölkə Ermənistan Azərbaycan torpaqlarını tərk etsin və bununla da, ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi, eləcə də, böyük dövlətlərin rəhbərləri, beynəlxalq aləmin siyasiləri, diplomatlarının iştirakı ilə illərdir aparılan nəticəsiz danışıqlar prosesi yekunlaşdırılsın. Prezident İlham Əliyev münaqişənin həlli prosesində bütün dünyanın qəbul etdiyi beynəlxalq norma və prinsiplərin rəhbər tutulmasını önə çəkdi. Dövlət başçısı bu prosesdə yalnız Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunacağından sonra gələcəkdə münasib?tl?rin normallaşmasından danışıla biləcəyini qeyd etdi.
Bu, Azərbaycan dövlətinin dəyişməyəcək mövqeyidir. Münaqişənin həlli ilə bağlı aparılan danışıqların, həll prosesinin çox uzun zaman çəkməsinə baxmayaraq, rəsmi Bakı heç bir vaxt Dağlıq Qarabağ probleminin aradan qaldırılmasında güzəştə gedən tərəf olmayacaq. Bunu anlayan və bu gün, həm də gələcəkdə Azərbaycanla sıx əməkdaşlıqda çox maraqlı olan Avropa və Qərb Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətsiz mövqe tutmağın sonrakı fəsadlarını yaxşı başa düşür. İndi Avropaya iqtisadi baxımdan inkişaf edən, güclü Azərbaycan daha çox lazımdır, nəinki ayaq bağı olan, boğazda ilişib qalmış tikəyə çevrilən başabəla Ermənistan. Birincisi maddi yüksəliş, artan gəlirlər verdiyi halda, ikincisi daima dilənçi "missiyası" ilə süfrə kənarında artıqları gözləyən, arzu olunmayan problemlər yaradan tərəfdir. Normal əməkdaşlıq, qonşuluq, tərəfdaşlıq prinsiplərinin qurulmasının diktə edildiyi bir zamanda Ermənistan kimi bir tərəfi kimsə arulamaz, istəməz.
Bu fikirlər onu deməyə əsas verir ki, artıq bütün dünya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həllini qəbul etmək məcburiyyətindədir. Azərbaycana səfərə gəlmiş yüksək çinli avropalı qonaq da bu gün Avropaya çox lazım olan enerji layihələrinin, bu istiqamətdə sıx əməkdaşlığın daha da sürətlə inkişaf etdirilməsi, möhkəmləndirilməsi niyyətində olduqlarını bildirdi. Bu mövqeyi dövlət başçısı ilə görüşündə dəfələrlə bəyan edən avropalı qonaq D.Tusk enerji təhlükəsizliyinin, böyük iqtisadi layihələrin reallaşdırılmasında maraqlı tərəf olduqlarını dilə gətirdi.
Azərbaycanla sıx əməkdaşlıq bu gün Avropaya çox lazımdır. Çünki Avropaya onu enerji resursları ilə təmin edəcək ciddi, dayanıqlı, stabil, inkişaf etmiş tərəfdaş lazımdır. Bu məsələlərin reallaşması üçün Azərbaycanı seçən Avropanın ayaq bağı Ermənistandan qurtulması lazımdır. Ermənistandan birdəfəlik xilas olmağın yolu isə onu düşdüyü bataqlıqdan çıxması üçün işğalçı siyasətindən əl çəkməsinə inandırmaq lazımdır. Belə bir situasiyada Avropa Ermənistanın başına sığal çəkib onun cibinə qırıq-qırtıq qoymaq yerinə, ermənilərə aid olduqları yerlərini göstərib alacaqları paylarının qədərini səmimi şəkildə söyləməlidir ki, bu binəvalar da işlərini bilsinlər.
İnkişafın bundan sonra mümkün olacağını bu gün acından ölən Ermənistanda da anlayırlar. Sadəcə, masa arxasına keçib bugünkü mövqelərindən əl çəkdiklərini söyləmələri lazımdır.
Son səfər də daxil olmaqla, Azərbaycana qoyulan sərmayələrdəki payı ilə Avropa ölkəmizə vermiş olduğu önəmin mesajını verir. Bunu özünə lazım olanda gözlərini yuman, qulaqlarını tıxayan Ermənistan da gözəl anlayır. Artıq qəddi sındırılan zavallı bədnam qonşularımız üz-üzə savaş meydanında qarşılaşmaq istəmədiyi Azərbaycanla masa arxasında danışıqlar apardığında sadəcə, qoparacağı dividentləri düşünür, bunların hesabını aparır, planlarını cızır. Çünki onlara qalan elə ancaq qopara biləcəkləri maddi dividentləri olacaq.
Azərbaycanla sırf enerji məsələləri, bu resursların təhlükəsizliyi ilə bağlı masa arxasında danışıqlar aparan Avropa isə yaxşı başa düşür ki, enerji təhlükəsizliyi milli təhlükəsizlikdən ayrılıqda təmin oluna bilməz. Bu iki vacib məsələni ayırmamaq şərtilə Avropa indi açıq-aydın Azərbaycanın yanındadır, Ermənistanın yox.
Mətanət
Digər Xəbərlər
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15
2024-11-26 16:18:00
2024-11-26 16:17:42
2024-11-26 16:15:02
2024-11-26 15:57:05
2024-11-26 15:35:26
2024-11-26 15:27:20
2024-11-26 15:16:14
2024-11-26 15:07:43