"Qəbələ VII Beynəlxalq Musiqi Festivalı gözəl bayrama çevrilib"
09:55 28-07-2015
CƏMİYYƏT
Əbülfəs Qarayev: "Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi altında Azərbaycanda çoxsaylı mədəniyyət layihələri həyata keçirilir"
"Qəbələ VII Beynəlxalq Musiqi Festivalı ənənəvi şəkildə keçirilən gözəl bir bayrama çevrilib".
Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir bildirib ki, festival günlərində Qəbələdə böyük izdiham yaşanır, xüsusi ab-hava hökm sürür: "Bura gələn xarici qonaqlar ölkəmizin sürətli inkişafı, xalqımızın adət-ənənələri və mədəniyyəti, habelə milli musiqimiz, muğam və bəstəkar əsərləri ilə yaxından tanış olurlar. Qəbələdə bu gözəl təbiət qoynunda istirahət edən yerli və xarici turistlər hər axşam festivalın konsertlərində iştirak edərək dünya musiqi incilərini dinləyirlər. Buranın havası, təbiəti, xidmətləri turistləri valeh edib".
Nazir qeyd edib ki, Azərbaycan mədəniyyətinin təbliğinə xidmət edən bu festival həm də ölkəmizin musiqi ənənələrinin dünyada tanıdılması üçün bir vasitədir: "Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi altında Azərbaycanda çoxsaylı mədəniyyət layihələri həyata keçirilir. Bu mədəniyyət tədbirlərindən biri olan Qəbələ Beynəlxalq Musiqi Festivalı öz möhtəşəmliyi ilə musiqisevərlərin rəğbətini qazanıb. "Festivala təkcə klassik musiqi həvəskarları deyil, həm də Motsartın, Çaykovskinin, Şopenin, Şubertin, Verdinin, Bramsın, eləcə də Ü.Hacıbəylinin, F.Əmirovun gözəl musiqisini simfonik orkestrin ifasında canlı olaraq ilk dəfə dinləmək istəyən Qəbələ və ətraf rayonların sadə sakinləri də gəlirlər. Çox sevindirici haldır ki, bu festivala insanlar tam könüllü olaraq gəlirlər. Açıq havada bir-birindən gözəl ifaları eşidən musiqisevərlər son ana qədər bu musiqiləri dinləyirlər".
Festivalda musiqiçilərin çox gözəl və yaddaqalan çıxışlarını xüsusi vurğulayan Ə. Qarayev festivalın gözlənildiyi kimi yüksək səviyyədə davam etdiyini və böyük marağa səbəb olduğunu bildirib: "Qəbələ Musiqi Festivalı neçə illərdir ki, yay mövsümündə regionda keçirilən ən vacib mədəni tədbir hesab olunur. Avropa ölkələrində yay mövsümündə bu cür musiqi festivallarının keçirilməsi ənənəsi illər öncədən mövcuddur. Ölkəmizdə də bu ənənə artıq formalaşdırılıb. Azərbaycan dünyanın tanınmış musiqiçilərinin iştirakı ilə bu tədbiri hər il yüksək səviyyədə keçirməklə, Avropanın klassik musiqi şəbəkəsinin ayrılmaz bir hissəsinə çevrilib. Bu festival haqqında hər il Avropanın aparıcı televiziya kanallarında, mətbuat orqanlarında geniş məlumatlar verilir. Ölkəmizdə hələ birinci Avropa Oyunlarının xoş təəssüratlarının yaşandığı, həmin oyunların hələ də dünya mediasının diqqətində olduğu bir vaxtda Azərbaycan yeni bir mötəbər mədəni tədbirə, musiqi festivalına ev sahibliyi etməyə başlayıb. Avropalılar ölkəmizin idman və mədəniyyət mərkəzinə çevrilməsinin bir daha şahidi olurlar. Bunlar hamısı onu göstərir ki, prezident İlham Əliyevin uzaqgörən siyasəti, Heydər Əliyev Fondunun təşəbbüslərinin uğurla icra edilməsi, ölkəmizdə olan sabitlik, əmin-amanlıq və cəmiyyətin inkişafı Azərbaycanı bu cür mötəbər tədbirlərin keçirilməsinə hazır edir".
Nazir Ə. Qarayev Azərbaycan musiqiçilərinin təcrübə mübadiləsi baxımından dünyaca məşhur musiqiçilərlə birgə konsertlər verməsini bu tədbirin yüksək əhəmiyyətə malik olmasından irəli gəldiyini bildirib: "Belə möhtəşəm tədbirlərdə bizim musiqiçilər öz bacarığını nümayiş etdirməklə, Avropada keçirilən festivallara dəvətlər alırlar. Artıq Azərbaycanın klassik musiqi ifaçıları Avropada tanınır, qəbul olunur və böyük tədbirlərdə iştirak edirlər".
T.Əliyev
Digər Xəbərlər
2024-11-25 08:53:18
2024-11-25 08:29:36
2024-11-25 00:14:00
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57