Artur Rəsizadə daşınmaz əmlakla bağlı qərar verdi
09:38 29-07-2015
CƏMİYYƏT
"Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı"na daha bir tarixi abidə əlavə edilib
Nazirlər Kabinetinin "Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcəsinə görə bölgüsünün təsdiq edilməsi haqqında" qərarında dəyişiklik edilib.
Həmin qərarla təsdiq edilmiş 2 nömrəli əlavəyə - "Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı"na daha bir tarixi abidə əlavə edilib. Beləliklə, Tərtər çayı üzərində yerləşən VII-IX əsrlərə aid körpü (Bərdə rayonu ərazisindədir) ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısında daxil edilib.
Qeyd edək ki, qərarı baş nazir Artur Ras-zadə imzalayıb.
Digər Xəbərlər
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18
2024-11-27 13:51:44
2024-11-27 13:45:22