"Azəryolservis" ASC-nin rəhbərliyi
ermənini döyən idmançını qəbul edib

Bir-neçə gün bundan öncə Gürcüstanda "Kung-fu sanda" üzrə keçirilən yarışlarda birinci yer qazanmış idmançımızı Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin rəhbərliyi qəbul edib
Cəmiyyətin sədr vəzifəsini müvəqqəti icra edən Saleh Məmmədov yarışlarda 80 kiloqram çəki dərəcəsində Azərbaycanı təmsil edən Babək Əliyevi qazandığı qələbə münasibətilə təbrik edərək, ona gələcək idmançı karyerasında yeni-yeni uğurlar arzu edib. İdmana, idmançılara dəstəyin hər zaman dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayan Saleh Məmədov gənc idmançımıza xatirə hədiyyəsi təqdim edib.
Birinci yeri əldə edən idmançımız Babək Əliyev isə öz növbəsində ona göstərilən etimada görə öz təşəkkürünü bildirib vəqələbəsini doğma Vətəni Azərbaycan adına aldığına görə çox sevincli olduğunu bildirib.
Xatırladaq ki,25-26 iyul tarixlərində Gürcüstanın Batumi şəhərində keçirilən "Kung-fu sanda" üzrə Qara dəniz kuboku maraqlı anlara səhnə olub. Belə ki, 80 kq-da Azərbaycanı təmsil edən Babək Əliyev iranlı və gürcü rəqiblərini məğlub edərək, finala yüksələ bilib. Finalda Babək erməni ordusunun zabiti Razmik Hopsepyanla qarşılaşıb. Görüşdə erməni rəqibinə aman verməyən Babək tək ayaq zərbəsi ilə rəqibini nokauta salaraq birinci yeri əldə edib.
Onu da əlavə edə ki, Babək Əliyev "Yol xətt" MMC-nin hüquqşünası vəzifəsində çalışır.
Elvin