Azərbaycanda 50 mindən çox şəxs Prezident təqaüdü alır
10:35 05-08-2015
CƏMİYYƏT
Azərbaycanda 50 mindən çox şəxs Prezident təqaüdü alır
Prezidentin müvafiq fərman və sərəncamlarına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən prezident təqaüdü ilə təmin olunan vətəndaşların sayı açıqlanıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən "Unikal"a verilən məlumata görə, cari ilin yanvar-iyun aylarında belə şəxslərin sayı 53 min 484 nəfər təşkil edib.
"Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmiş 180 nəfərə və ya ailə üzvlərinə, 13 min 402 şəhid ailəsinə, 18 min 784 nəfər müharibə əlili və onlara bərabər tutulan şəxsə, 20 Yanvar faciəsi zamanı şəhid olmuş 116 nəfərin ailəsinə, 20 Yanvar hadisələri ilə əlaqədar əlil olan 320 nəfərə prezidentin aylıq təqaüdü ödənilib, həmçinin Azərbaycan Respublikasının fəxri adları ilə təltif olunan 2240 nəfər, Böyük vətən müharibəsi iştirakçısı olmuş 494 nəfər, ümumi səbəbdən I qrup əlil olan və əmək pensiyası almaq hüququ olmayan 17 min 480 nəfər prezidentin aylıq təqaüdü ilə təmin olunub.
Qeyd olunan dövrdə 406 nəfərə prezidentin fərdi təqaüdü ödənilib, həmçinin Əfqanıstanda Sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olmuş, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən 57 nəfər hərbi qulluqçunun 62 nəfər ailə üzvünə də prezident təqaüdü təyin olunaraq, ödənilməsinə başlanılıb.
Hüseyn
Digər Xəbərlər
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:10:22
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18
2024-11-27 13:51:44
2024-11-27 13:45:22