Oliqarxların yeni hiyləsi
09:51 06-08-2015
CƏMİYYƏT
Oliqarxların yeni hiyləsi
Azərbaycan kapitalı Gürcüstana axır
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) işgüzar adamları 4-5 sentyabrda "Invest in Georgia 2015" investisiya forumuna dəvət edib. Bununla bağlı elanda daha sonra bildirilir: "Maraqlananlar Aynur Alışlıya müraciət edə bilər (+99412) 598 01 47/8 , [email protected]".
Ekspertlər isə hesab edir ki, Azərbaycanda iqtisadi situasiya pisləşdiyi üçün oliqarxlar özlərinə yaxın biznesmenləri Gürcüstana "ezam" edir. 2014-cü ildə biznes mühit üzrə bu ölkə 43-cü - yəni Azərbaycandan 22 pillə yüksək yeri tutub. Bu göstəricinin daha da pisləşməsi realdır. Bunu düşünməyə bir tərəfdən neftin qiymətinin kəskin ucuzlaşması və yeni devalvasiya təhlükəsi, digəri isə Beynəlxalq Bankdan kreditlərlə bağlı bir sıra önəmli biznes sahiblərinin ciddi başağrıları yaşaması əsas verir.
O da maraqlıdır ki, 2014-cü ildə Gürcüstana xarici investisiyalar 1. 272 milyon dollar olub. Bu, 2013-cü ildəkindən 39 faizi çoxdur.
2014-cü ildə Azərbaycan Gürcüstana investisiyalarda 302 milyon manatla ikinci yeri tutub. Birinci yer Niderlanda, üçüncü yer isə Çinə məxsusdur. Bu ilin birinci rübündə Azərbaycan Gürcüstana investisiyalarda birincidir.
Belə ki, göstərilən dövrdə qonşu ölkəyə yatırılan sərmayənin - 444 milyon dolların 59 milyon dolları və ya 34 faizi Azərbaycanın payına düşüb. İkinci yeri Türkiyə (27 milyon dollar), üçüncü yeri Rusiya (27 milyon dollar) tutub.
Azərbaycan biznesmenləri arasında sorğu göstərir ki, onları şəffaf və sadə vergi sistemi, sadə gömrük prosedurları, dövlətin biznesə müdaxilə etməməsi, mülkiyyətin qorunması və Gürcüstan hökumətinin təşviq siyasəti cəlb edir.
Bir sözlə, oliqarxlarımız məlum baş verənlər fonunda öz bizneslərinin təhlükəsizliyini təminat altına almaq, eyni zamanda onları daha da genişləndirmək fürsəti qazanmaq üçün ölkə kapitalını qonşu ölkəyə axıdırlar.
Sənan Mirzə
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15