Dərman bazarının tənzimlənməsi müsbət nəticələr verəcək
11:04 14-08-2015
CƏMİYYƏT
Həkim İsmət Məmmədov: "Əhali dövlətin təqdim etdiyi dərmanların təminatında, onların keyfiyyətinin yoxlanılmasında, əvvəllər mövcud olan problemlərin aradan qaldırılması istiqamətində bəzi işlərin görüldüyünü özləri hiss edəcəklər"
Məlum olduğu kimi, bir müddət öncə Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısının verdiyi tapşırıqların icrası ilə bağlı Səhiyyə Nazirliyində geniş toplantı keçirilib.
İclasda səhiyyə naziri Oqtay Şirəliyev ölkə başçısına istinad edərək, deyib ki? Azərbaycanda bazar iqtisadiyyatının hökm sürdüyünü və dərmanların qiymətinə nəzarət bazar tərəfindən tənzimlənib. O.Şirəliyev qeyd edib ki, dərman preparatları sahəsində mövcud problemləri aradan qaldırmaq məqsədilə Səhiyyə Nazirliyi tədbirlər kompleksi hazırlayıb.
Ölkədəki həkimlər də prezidentin bu təşəbbüsünü və Səhiyyə Nazirliyinin bu istiqamətdə atdığı addımları müsbət dəyərləndirib. Bu barədə "Unikal"a açıqlama verən 3 saylı şəhər klinik xəstəxanasının terapiya şöbəsinin müdüri İsmət Məmmədov deyib ki, bu sistemin tətbiqi nəticəsində bazar iqtisadiyyatı adı altında dərmanların üzərinə yüksək qiymətlərin qoyulması əhalinin haqlı narazılığına səbəb oldu: "Bu səbəbdən yeni maliyyə mexanizmi yaradılıb və bu ilin payızına kimi dərmanların qiyməti sahəsində olan problemlərin qarşısının alınması üçün bu layihənin tətbiqi nəzərdə tutulub. Layihənin tətbiqindən sonra vətəndaşlar dərmanları daha rahat şəkildə ala biləcəklər. Əhali dövlətin təqdim etdiyi dərmanların təminatında, onların keyfiyyətinin yoxlanılmasında, əvvəllər mövcud olan problemlərin aradan qaldırılması istiqamətində bəzi işlərin görüldüyünü özləri hiss edəcəklər. Onu da xatırladım ki, Səhiyyə Nazirliyinin tərkibində dərman vasitələrinə nəzarət strukturu, Analitik Ekspertiza Mərkəzi yaradıldı, vahid resept blankına keçid, dərmanların mərkəzləşdirilmiş qaydada müəssisələrə paylanması layihələri tətbiq olundu".
Həkim İsmət Məmmədov daha sonra bildirib ki, təəssüf ki, müəyyən hallarda mərkəzləşdirilmiş qaydada səhiyyə müəssisələrinə əhalinin yararlanması üçün təqdim olunan dərman vasitələri ünvanına çatmır. "Bəzi apteklərin fəaliyyətində ciddi nöqsanlar aşkarlanır. Müəyyən hallarda həkimlər xəstələrə təqdim etdikləri reseptlərə əsassız olaraq əlavə dərman preparatları daxil edirlər. Bu isə əhali kütləsinin haqlı narazılığına səbəb olur. Bütün bunlar yolverilməzdir və qarşısı mütləq alınmalıdır. Digər tərəfdən, dərmanların keyfiyyəti də önəmli məsələdir. Bu məsələ çox ciddidir. Söhbət minlərlə, yüzminlərlə vətəndaşın sağlamlığının təhlükəyə atılmasından gedir. Bir dərman preparatının hazırlanması xüsusi bilgili alimlərin xüsusi laboratoriyalarda təcrübədən cıxartdığı maddənin konkret dozada hazırlanmasıdır. Dərmanın kimyəvi tərkibi, oradakı komponentlərin nisbəti insan orqanizminə müsbət müalicəvi təsiri üçün hesablanıb. Bu doza, bu nisbətə müdaxilə olunaraq, hər hansı səbəbə, həm də şəxsi mənfəət səbəbindən dəyişdirilərsə, bu, artıq dərmandan çevrilib, orqanizm üçün zəhərə dönür. Minlərlə insan bilmədən dərman adı ilə pataloji mənfi təsirə malik yad maddə qəbul etməli olur. Onların orqanizmində müxtəlif arzuedilməz patofizioloji proseslər baş verir. Dərman üzərində vicdansız mənfəət qurmaq istəyən işbazlar bunu bilməlidirlər. Hesab edirəm ki, yeni qaydalar dərmanların keyfiyyəti ilə bağlı mövcud olan problemləri aradan qaldıracaq". – deyə fikrini tamamlayıb.
Hüseyn İsgəndərov
Digər Xəbərlər
2024-11-25 16:50:57
2024-11-25 16:33:16
2024-11-25 16:08:31
2024-11-25 16:05:04
2024-11-25 15:35:54
2024-11-25 15:29:58
2024-11-25 14:50:00
2024-11-25 14:48:05
2024-11-25 14:34:00
2024-11-25 14:24:03
2024-11-25 14:17:26
2024-11-25 14:14:54
2024-11-25 14:12:12
2024-11-25 14:04:40
2024-11-25 13:03:15
2024-11-25 12:58:27
2024-11-25 12:23:11
2024-11-25 12:20:49