Radikal müxalifəti parlament seçkilərində biabırçı məğlubiyyət gözləyir
11:06 14-08-2015
CƏMİYYƏT
Bu ilin noyabr ayında Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahı 10.08.2015-ci il tarixindən etibarən fəaliyyətə başlayıb.
Bu barədə Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə deyib. A.Mirzəzadə bildirib ki, bununla bağlı bir neçə gün öncə partiyanın mərkəzi qərargahında toplantı keçirilib: "Artıq partiyanın Mərkəzi Seçki Qərargahının rayon təşkilatları şöbələri də fəaliyyət göstərir. Qeyd etdiyim iclasda bununla bağlı rayon təşkilatlarına müvafiq tapşırıq və tövsiyələr verilib".
Bəs müxalifət seçkiyə hazırdımı? Radikal düşərgə hazırkı dağınıqlıqla nəyəsə nail ola bilərmi? Bu və ya digər suallarımızın cavabında isə məlum oldu ki, radikal müxalifətin heç bir şansı yoxdur.
İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, tanınmış ictimai-siyasi xadim İlqar Altay "Unikal"a açıqlamasında deyib ki, budəfəki seçkilərdə sözun düzü, müxalifətin elə bir uğur qazana bilməsi perspektivi görunmur: "Əvvəla, muxalifət bu gun əvvəlki dövrlərdən zəifdir, duşərgəsində birlik yoxdur. İkincisi, muxalifətin xalqdan, seçicidən dəstək, səs almaq problemi ola bilər. Bu saat iqtidardan narazı camaat siyasi muxalifətə inamını itirdiyinə görə heç muxalif duşərəgəyə də uz tutmur. Yeni bir quvvə axtarır istinad etsin, qeyri-siyasi, mustəqil ictimai xadim axtarır ki, başına yığışsın. İndiki guclu potensiallı, resurslu iqtidarla bu seçkidə bu cur pərakəndə durumla muxalifətin mubarizə aparması çətin gorunur".
"Unikal"a açıqlama verən BAXCP sədrinin siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı da analoji mövqedə olduğunu bildirib. Onun sözlərinə görə, bu il keçirilən parlament seçkilərində də radikal müxalifətin uğur qazanacağına qətiyyən inanmır: "Özləri də bu uğursuzluğu qədul etdikləri üçün indidən müxtəlif bəhanələr gətirlər. Seçki Məcəlləsini dəyişdirilməsini "şərt" kimi irəli sürürlər. Bu adamlara sual edirəm: 2013-cü ildə Rusiyanın layihəsi olan "Mill Şura" ilə prezident seçkilərində bu məcəllə ilə iştirak etmədiniz? Həmin Məcəllədə heç bir dəyişiklik olmayıb. Odur ki, müxtəlif bəhalənlərlə seçkiyə qatılmaq niyyətində deyillər. Ən əsası bu gün 2013-cü ildə yaranmış qurumdan xeyli sayda insanlar istefa veriblər. Əli Kərimlinin ətarfında cıddı bir siyasi şəxslər qalmayıb. 125 dairədən kim irəli sürəcəklər? Bu sayda adamları belə yoxdur. Söhbət real namizədlərdən və uzun illər siyasi proseslərin içində olan şəxslərdən gedir. Bu gün Əli Kərimli 19-23 yaşlı gəncləri şablon cümlələri ilə aldadır və özünü dahi "siyasətçi" kimi göstərir. Bir müddət keçdikdən sonra həmin o gəcnlər də Əli Kərimlinin əsl kimliyini görür və ondan uzaqlaşırlar".
N.Orduxanlı onu da bildirib ki, radikal müxalifət hal-hazırda parçalanmış durumdadır. Onun sözlərinə görə, radikallar bir-birinə nifrət edirlər: "Mübarizəni bir birini gözdən salmaqla təşkil edirlər. Belə bir siyasi qurumun ciddi uğur qazanması mümün deyil. Ən əsas səbəb isə, ictimaiyyətin radikal siyasətə dəstək verməməsidir. Onların keçiritdiyi aksiyalarda olan iştirakçıların sayından demək olur ki, xalq bu qüvvələr dəstəkləmir. Ona görə də, radikal müxalifət bir QHT səviyyəsinə düşüb. Onlardan da Azərbaycanın hakmiyyətinə təzyiq edilməsi üçün bəzi beynəlxalq təşkilatlar istifadə edir".
Z.MƏMMƏDLİ
Digər Xəbərlər
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18
2024-11-27 13:51:44
2024-11-27 13:45:22