Daha bir azərbaycanlı oliqarxın övladının dəbdəbəli həyatı
09:49 18-08-2015
CƏMİYYƏT
Beynəlxalq Bankdan götürülən milyonlarla manatın səsi haralardan eşidilir?
Azərbaycanda bir neçə aydır ki, "kredit oliqarxları" işi üzrə siyasi qalmaqal yaşanır. Bu işin əsas fiqurantlarından biri də ata və oğul Nizami və Nəsib Piriyevlərdir.
Ölkənin əsas bankı olan Beynəlxalq Banka qaytarılmayan kreditlərin ümumi həcmi 1 milyard dollara yaxındır. Ata Piriyev buna görə həbsə də düşüb-çıxdı. Oğul Piriyev isə qaçıb. İnterpol Nəsib Piriyevi bu günlərdə axtarışa verib. Oğul Piriyevin Beynəlxalq Banka 170 milyon dollar kredit borcu var.
Bəs Piriyevlərin biznes layihələrinin həyata keçirilməsi üçün ayrılmış bu dövlət vəsaiti hara xərclənib, necə xərclənib?
Bu suala cavab tapmaq üçün uzağa getməyə ehtiyac yoxdur. Fərəh Piriyeva və Rubina Əsədova adlı şəxslərin İnstagram səhifəsinə nəzər salmaq kifayətdir.
Fərəh Piriyeva kimdir? Nizami Piriyevin qızı! Yəni Beynəlxalq Bankdan 170 milyon dollar götürüb Londonda gizlənən Nəsib Piriyevin doğmaca bacısı!
Rubina Əsədova isə Nizami Piriyevin qaynı Namiq Əsədovun qızıdır! Namiq Əsədov "Butastone" şirkətinin sahibidir. Həm də Piriyevlərin "AzMeCo" şirkətinin və digər biznes qurumlarının direktorudur.
Bu gənc xanımların sosial şəbəkələrdəki şəxsi səhifələrindən (@farahpiriyev və @rubinaasv) onların dəbdəbəli həyat tərzi haqda yetərincə məlumat əldə etmək olar. Onlar hamını milyonlarla dollar dəyərində olan brilyantları, çox bahalı əl çantaları, bohem həyat tərzləri ilə heyrətləndirməkdə davam edirlər.
Bəs bütün bu dəbdəbə hansı pullar hesabına əldə olunub? Ata, oğul və "müqəddəs ruh", yəni Beynəlxalq Banka irəli sürülmüş rəsmi ittihamla tanış olandan sonra bunu bilmək çətin deyil.
Bu gənc xanımların nə işlə məşğul olması, hansı peşənin sahibi olması sirr olaraq qalır. Hər halda bu gənc xanımlar sosial şəbəkələrdə nə diplomlarını, nə elmi nailiyyətlərini, nə iş yerlərini və uğurlarını paylaşmırlar. Aydın məsələdir, paylaşmağa bir şey yoxdur.
Əvəzində onlar Piriyevlərin London yaxınlığındakı cıdırı və atları barədə səxavətlə məlumat paylaşırlar ("Baku Guards" çövkan klubu bu cıdırdadır). Öz şəxsi təyyarələri, saysız-hesabsız səyahətləri, top-dizaynerlərdən aldıqları bahalı geyimləri, eksklüziv brilyantları, Londonun ən bahalı məhəlləsi olan Redkliff Gardensdəki dəbdəbəli mülkləri... barədə ağızdolusu danışırlar. Yəni baxın, biz beləyik. Biz öz əsil-nəcabətimizə və sərvətimizə görə hətta məşhur ingilis aristokratlarından da bir baş üstünük! Bəs necə?! Biz axı həm də gənc rəssamların və incəsənət adamlarının da xeyirxahı və hamisiyik...
Onu da deyək ki, təzəlikcə Azərbaycanlı oliqarxların övladları İnstagram sosial şəbəkəsində paylaşdıqları ilə gündəmə gəliblər. Türkiyə mətbuatı zəngin həyat tərzini əks etdirən fotoların məhz azərbaycanlılara aid olduğunu yazıb. Fotolar arasında ən diqqət çəkənlərdən biri də gənc bir oğlanın pulla dolu vannada uzanmasıdır. "Azərbaycanın zəngin uşaqları" adı ilə yerləşdirilən fotolardakıların isə hansı məmurun, iş adamının övladı olması barədə heç bir məlumat qeyd edilməyib.
Qeyd edək ki, İnstagramın ən diqqət çəkən səhifələri zəngin ailələrin övladlarınınkıdir. Belə ki, bu şəxslər müntəzəm olaraq yaşadıqları ölkə, şəhərdəki əyləncələrindən, lüks həyatlarından görüntülər paylaşırlar. Mətbuatda belə ailələrin övladlarının həyatı, paylaşdıqları şəkillər müzakirə mövzusu olur. Azərbaycanın zəngin uşaqları bir həftə öncə də elit yaşamları ilə diqqətləri üzərlərinə çəkə bilmişdilər. Qardaş ölkənin "Milliyət" qəzetinin "Zəngin azərbaycanlılarının İnstagram fotolarının" adı altında yerləşdirdiyi fotolarda Azərbaycan nömrəsi olan lüks maşınlar, istirahət məkanları, hədiyyələr öz əksini tapmışdı. Son fotolar isə Azərbaycanın yerli ictimaiyyətinin diqqətini növbəti dəfə məmur balalarının, iş adamlarının özlərinin və övladlarının zəngin, lüks həyatına cəlb edib.
Bundan başqa, bir neçə gün əvvəl məlum oldu ki, Azərbaycandan olan supervarlılar Londonun prestijli kvartallarında dəbdəbəli istirahət üçün gündə təxminən 15 min dollar ödəyirlər. Bu haqda "Business İnsider Australia" nəşri yazmışdı. Nəşr bildirirdi ki, hər il avqustun əvvəllərindən sentyabrın əvvəllərinə qədər "başgicəlləndirici sərvətə malik" varlılar Londonun elitar mənzillərini kirayə götürməyə 100 milyon funt-sterlinqə qədər pul xərcləyirlər.
Bir sözlə, ehtimal etmək olar ki, Beynəlxalq Bankdan götürülən və geri qaytarılmayan milyardlarla manat problemin müəyyən bir qismi bir çox məmur və iş adamlarımızın özləri və övladları tərəfindən Qərbin aparıcı şəhərlərində lüks, kmfort həyat yaşamağa, dünyanın ən görkəmli yerlərində bahalı istirahət və əyləncələrə, dəyəri fantastik məbləğlərlə ölçülən müxtəlif hobbilərin gerçəkləşməsinə xərclənir, bunun zərbəsi isə dövlətə və xalqa dəyir.
Odur ki, belələrinə qarşı ən kəskin cəza tədbirlərinin seçilməsini anlayışla qarşılamaq və təqdir etmək lazımdır.
Orxan Həsənli
Digər Xəbərlər
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18
2024-11-27 13:51:44
2024-11-27 13:45:22