Əli Həsənov nazirlərlə görüşəcək
09:50 18-08-2015
CƏMİYYƏT
Avqustun 18-də Qazaxıstanın paytaxtı Astanada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) informasiya və media məsələləri üzrə nazirlərinin ilk görüşü keçiriləcək.
"Unikal"ın məlumatına görə, Azərbaycanı görüşdə prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun başçılığı etdiyi nümayəndə heyəti təmsil edəcək. Nümayəndə heyətinə Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) baş direktoru Aslan Aslanov, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Cəmil Quliyev daxildir.
Tədbirdə Türk Şurasının baş katibi (moderator) Ramil Həsənov, Qazaxıstanın investisiya və inkişaf naziri Asset İssekeşev, Qırğızıstanın mədəniyyət, informasiya və turizm naziri Altınbək Maksudov, Türkiyə baş nazirinin müavini Yalçın Akdoğan iştirak edəcəklər.
Görüşdə Beynəlxalq Türk Xəbər Kanalının yaradılmasına dair əlaqələndirmə qrupunun hesabatının müzakirəsi və təsdiq olunması, Türk Şurasının kanalının yaradılması ilə bağlı konsepsiya sənədinin, nazirlər tərəfindən imzalanacaq informasiya və media üzrə birgə Əməkdaşlıq Protokolunun, Türk Şurasının milli televiziya kanalları arasında Əməkdaşlıq Protokolunun və Türk Şurasının xəbər agentlikləri arasında əməkdaşlığa dair Anlaşma Memorandumunun təsdiq olunması nəzərdə tutulub. Həmçinin TDƏŞ-ə üzv ölkələr arasında informasiya və media sahəsində əməkdaşlığın digər aspektləri, Türk Şurasının informasiya və media məsələləri üzrə nazirlərinin ikinci görüşünün yerinin müəyyənləşdirilməsi və digər məsələlər müzakirə olunacaq.
Z.Məmmdədli
Digər Xəbərlər
2024-11-02 18:02:40
2024-11-02 17:50:12
2024-11-02 17:10:10
2024-11-02 16:43:08
2024-11-02 13:34:23
2024-11-02 13:28:16
2024-11-02 13:22:15
2024-11-02 12:45:19
2024-11-02 11:49:24
2024-11-02 10:59:26
2024-11-02 10:25:05
2024-11-02 09:16:28
2024-11-02 00:42:30
2024-11-01 20:46:23
2024-11-01 20:41:58
2024-11-01 20:38:30
2024-11-01 20:02:03
2024-11-01 19:49:17