YAP Qubada müşavirə keçirib
09:51 18-08-2015
CƏMİYYƏT
Əli Əhmədov: "YAP-ın seçkidə uğur qazanması üçün obyektiv şərtlər mövcuddur"
Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Seçki Qərargahının şimal bölgəsi üzrə rayon şöbələrinin müşavirəsi keçirilib. YAP-ın Quba rayon təşkilatının qərargahında keçirilən müşavirədə Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran və Xızı rayon şöbələrinin seçki qərargahlarının üzvləri iştirak ediblər.
Müşavirədə əsas müzakirə mövzusu parlament seçkilərinə hazırlıq işlərinin vəziyyətini qiymətləndirmək və qarşıda duran vəzifələri müzakirə etməkdən ibarət olub. Müşavirədə YAP sədrinin müavini-icra katibi, baş nazirin müavini Əli Əhmədov, icra katibinin müavini Mübariz Qurbanlı iştirak edib.
Müşavirədə çıxış edən Əli Əhmədov ötən dövr ərzində görülmüş işlər haqqında qısa məlumat verib, qarşıda duran vəzifələrdən bəhs edib. Ə.Əhmədov qeyd edib ki, YAP-ın yerli strukturları, partiyanın fəalları hazırlıq prosesinə cəlb olunublar: "Rayon və şəhər təşkilatlarında YAP Mərkəzi Seçki Qərargahının şöbələri yaradılıb. Burada partiyanın fəalları, seçki təcrübəsi olan insanlar fəaliyyət göstərirlər. Hesab edirəm ki, YAP-ın parlament seçkilərində böyük uğur qazanması üçün obyektiv şərtlər mövcuddur".
YAP-ın qələbəsini şərtləndirən əsas amillərdən danışan Ə.Əhmədov qeyd edib ki, bunlar ölkədə mövcud olan siyasi ab-hava, Prezident İlham Əliyevin siyasətinin uğurları, iqtisadiyyatın dinamik inkişafı, əhalinin rifahının yüksəlməsi, bölgələrin sosial-iqtisadi inkişafı, Azərbaycanın beynəlxalq müstəvidə imicinin artması, sabitlik, əmin-amanlıqdır: "Ötən seçkilərdən keçən müddətlə indiki vəziyyəti müqayisə etsək, Azərbaycanda əzəmətli, möhtəşəm inkişaf baş verib, insanların həyatı müsbət mənada əhəmiyyətli dərəcədə dəyişib, bütövlükdə ölkəmiz yeniləşib, müasirləşib. Təbii ki, bu müsbət dəyişikliklər qarşıdan gələn parlament seçklərində YAP-ın parlaq qələbə qazanmasında mühüm rol oynayacaq".
Azərbaycanda sabitliyin, əmin-amanlığın ən vacib amillərdən olduğunu qeyd edən Ə.Əhmədov deyib ki, hər bir vətəndaşımızın rahat yaşaması üçün təmin olunan rifah bugünkü Azərbaycan reallığının ən mühüm nemətlərindən biridir: "İnsanlar inanırlar ki, qarşıdakı illərdə də Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha da inkişaf edəcək".
Müşavirədə, həmçinin YAP-ın Quba rayon təşkilatının sədri Ədalət Nəbiyev, YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev çıxış edərək rəhbərlik etdikləri qurumun fəaliyyəti ilə bağlı məlumat veriblər.
Müşavirənin yekununda YAP sədrinin müavini Ə.Əhmədov çıxış edərək, parlament seçkiləri ilə əlaqədar tapşırıq və tövsiyyələrini verib.
Toğrul
Digər Xəbərlər
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18
2024-11-27 13:51:44
2024-11-27 13:45:22