Zakir Həsənov əmr verdi: Qaydalara dəyişikliklər edildi
10:33 19-08-2015
CƏMİYYƏT
Zakir Həsənov əmr verdi: Qaydalara dəyişikliklər edildi
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmrinə əsasən, nazirliyin fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxmaq, müəyyən olunmuş qaydada tədbirlər görmək, habelə vətəndaşların qəbul edilməsi işinin səmərəli təşkili məqsədilə qəbul qaydalarında bəzi dəyişikliklər edilib.
"Unikal"ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, hərbi qulluqçuların və digər vətəndaşların müraciətlərinə diqqət və qayğının artırılması məqsədilə Müdafiə Nazirliyində rəhbər vəzifəli şəxslərin qəbul günləri müəyyən olunub.
Əmrə əsasən Silahlı Qüvvələr və Qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə, müstəqil şöbə, xidmət rəisləri, birlik, birləşmə və əlahiddə hərbi hissə (gəmi) komandirləri və digər müəssisə rəisləri də müəyyən edilmiş vaxtlarda vətəndaşları qəbul etməli və müraciətlərə baxmalıdırlar.
Nazirliyin rəhbər vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbulu müəyyən olunmuş günlərdə saat 16.00-dan 18.00-dək Müdafiə Nazirliyinin Həzi Aslanov adına Mərkəzi Zabitlər Evində və digər yerlərdə həyata keçiriləcək.
Hərbi qulluqçuların və digər vətəndaşların qəbulu barədə daha ətraflı məlumatı Müdafiə Nazirliyinin rəsmi internet səhifəsinin "Azərbaycan Respublikası Müdafiə Nazirliyində rəhbər vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul günləri" bölməsindən əldə etmək olar.
Z.Məmmədli
Digər Xəbərlər
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18
2024-11-27 13:51:44
2024-11-27 13:45:22