DSX gəmilərin sayını çoxaldır
10:34 19-08-2015
CƏMİYYƏT
DSX gəmilərin sayını çoxaldır
"Keçən il istifadəyə verilən Dövlət Sərhəd Xidmətinin gəmi inşası zavodunun imkanları hesabına sərhəd sularında dövlət maraqlarımızın qorunması imkanları xeyli dərəcədə genişlənir. Zavod dəniz sərhədlərimizin mühafizəsinə öz töhfələrini verməkdədir".
Bunu Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, Sərhəd Qoşunlarının komandanı general-polkovnik Elçin Quliyev "Azərbaycan" qəzetinə müsahibəsində deyib.
O bildirib ki, zavodun imkanları hesabına sərhəd sularında dövlət maraqlarımızın qorunması imkanları xeyli dərəcədə genişlənir: "Nəticə etibarilə dəniz sərhədlərimizin mühafizəsinin, sərhəd rejimi qaydalarının, karbohidrogen ehtiyatlarının hasilatı və nəqli infrastrukturunun təhlükəsizliyinin təmin edilməsinin səviyyəsi daha da yüksəlir. Artıq zavodda inşa olunan dörd gəmi dəniz sərhədlərimizin mühafizəsindədir. Yaxın gələcəkdə daha üç yeni gəmi sərhəd sularında xidmətə başlayacaq".
Digər Xəbərlər
2024-11-04 23:43:38
2024-11-04 20:38:00
2024-11-04 20:37:06
2024-11-04 20:04:52
2024-11-04 19:43:26
2024-11-04 19:00:45
2024-11-04 18:55:17
2024-11-04 18:39:13
2024-11-04 18:36:02
2024-11-04 18:28:30
2024-11-04 18:17:37
2024-11-04 17:10:57
2024-11-04 16:53:56
2024-11-04 16:47:59
2024-11-04 16:27:49
2024-11-04 16:11:00
2024-11-04 15:52:46
2024-11-04 15:48:00
2024-11-04 15:43:00
2024-11-04 15:36:00