Kəmaləddin Heydərov Qətərdə səfərdədir
12:25 30-05-2012
SİYASƏT
Kəmaləddin Heydərov Qətərdə səfərdədir
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti Qətərdə rəsmi səfərdədir.
Səfərin həyata keçirilməsində əsas məqsəd FHN ilə Qətərin Daxili İşlər Nazirliyi arasında fövqəladə halların idarə olunması sahəsində mövcud əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsidir. Səfər çərçivəsində Qətər vəliəhdi və vitse-əmiri Şeyx Tamim bin Hamad Al-Tani və daxili işlər üzrə dövlət naziri Şeyx Abdullah bin Naser bin Xəlifə Əl-Tani ilə görüş keçirilib.
Görüşlərdə təbii və texnogen xarakterli fövqəladə hallara hazırlıq və fəlakətlərə daha effektiv cavabvermə üzrə hər iki ölkənin əldə etdiyi təcrübədən birgə yararlanmaq perspektivləri ətrafında qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib. Həmçinin, səfər çərçivəsində Qətərin Mülki Müdafiə və digər aidiyyəti qurumlarının fəaliyyəti ilə yaxından tanışlıq nəzərdə tutulur.
Digər Xəbərlər
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50
2024-12-23 19:36:53