8 güllə ilə öldürülən sabiq polisin qətlində adı hallanan xanım danışdı - Təfərrüat
11:02 01-09-2015
KRİMİNAL
Bakıda keçmiş polisin qətlində qanlı hadisədə səbəbkar kimi adı keçən Həbibə Bağırova qaranlıq məqamlara aydınlıq gətirib.O, Milli.Az-a açıqlamasında Nadir İbrahimovla tanışlığı, eyni zamanda qətl ətrafında adının hallarındırılmasından danışıb:
"Nadirin qətli ilə mənim heç bir əlaqəm yoxdur. Qətl hadisəsi mənim üstümdə baş verməyib. Düzdü, əvvəllər Nadir İbrahimovun "Butastone" şirkətində işləmişəm. Oradan ayrılandan sonra Nadir məni bir müddət narahat edib. Ancaq Rövşən Həsənov adlı şəxsi, ümumiyyətlə, tanımıram".
H.Bağırova qeyd etdi ki, baş verən qətldə kimsə onun adını məqsədli şəkildə hallandırır: "Hadisə baş verən gün prokurorluğa çağırıldım və izahat verdim. Dindirilməyimə səbəb isə mənim əvvəllər Nadirlə bir şirkətdə işləməyim olub. Mən kiminsə ailəsini dağıtmaq, başqa birinin isə öldürülməsini istəmərəm. Öz işim-gücüm, ailəm və ətrafım var".
Milli.Az-ın əldə etdiyi məlumata görə, qətl hadisəsi, əslində, söyüş üstündə olub. Nadir İbrahimov telefonda Rövşən Həsənovun ailəsini söyüb. Əsəbləşən Rövşən isə onunla Nizami rayonu ərazisində görüş təyin edib. Elə görüş yerinə gələn kimi Nadiri maşınından düşməsinə imkan verməyib. Tapança ilə onu elə maşının sükanı arxasında güllələyib.
Məlumata görə, Rövşən Həsənov SAB kolbasa zavodunun direktoru hacı Sabirin kürəkənidir.
Hadisəyə gəlincə, üç gün əvvəl gecə Nadir İbrahimov idarə etdiyi "Lexus" markalı 90 SF 333 dövlət nömrə nişanlı avtomobilində güllələnib. Başqa bir "Lexus" markalı 10 VM 006 dövlət nömrə nişanlı maşının sürücüsü Rövşən Həsənov ona tapança ilə 8 güllə vurub.
Mərhum N.İbrahimov biznesmen Nizami Piriyevin qaynı olan Namiq Əsədovun şəriki idi. İki uşaq atası olan Nadir məşhur müğənni Azər Zeynalovun qaynıdır.
Nadir İbrahimov və Namiq Əsədov "Butastone" şirkətinin həmtəsisçiləri olublar. Onlar arasında konflikt var idi. N.İbrahimov öz şəriki Namiq Əsədovu fəhlələrin maaşını verməməkdə ittiham edirdi. Tərəflər arasında səngiməyən mübahisə məhkəməyə qədər gedib çıxıb və nəticədə Nadir İbrahimov məhkəmədə iddia qaldıraraq Namiq Əsədovla birgə çalışdığı müddətdə "Akkord" şirkəti üçün gördükləri tikinti işlərindən alacaqları 200 min manata yaxın pula həbs qoyulmasını tələb edib. Məhkəmə isə onun iddiasını təmin edib.
Digər Xəbərlər
2025-03-03 21:19:08

2025-03-03 21:12:03

2025-03-03 18:00:08

2025-03-03 16:31:27

2025-03-03 16:06:22

2025-03-03 14:32:20

2025-03-03 14:30:03

2025-03-03 12:33:00

2025-03-03 11:28:39

2025-03-03 10:19:38

2025-03-03 08:59:46

2025-03-02 17:26:30

2025-03-01 15:03:00

2025-03-01 11:07:00

2025-03-01 10:59:49

2025-03-01 09:36:00

2025-03-01 09:20:00

2025-02-28 18:04:51

2025-02-28 15:10:45
