Avropada mühacirətə qarşı müharibə?
09:35 08-09-2015
İQTİSADİYYAT
"Nəhayət, Avropa təşkilatları nəzarət edilməyən mühacirətə reaksiyanın uzunmüddətli strategiyasını yekdilliklə işləyib hazırlamağa başlayıb. Güman ki, Avropanın yeni mühacirət layihəsinin nədən ibarət olduğunu artıq ən yaxın vaxtda biləcəyik". Bunu Andalusiya Beynəlxalq Universitetinin propfessoru Sami Nair İspaniyanın nüfuzlu "El Pais" nəşrindəki məqaləsində yazıb.
Məqalədə daha sonra deyilir: "Avropa Birliyinin qapısı ağzında çoxalan insan faciəsi mühacirətin ən müxtəlif növlərinə toxunur. Bu - vətəndaş müharibəsinin bürüdüyü ölkədən qaçan insanlardır. Bu həm də iqtisadi mühacirətdir - yoxsulluqdan bezmiş insanlar ən yaxşı qismət axatrışında vətəni tərk etməyə can atırlar.
İndiki mühacir dalğasının yeniliyi bundan ibarətdir ki, nəzarətedilməz səciyyə alıb və Avropanın təhlükəsizliyini təhdid edir. Deyəsən, Avropanın 1985-ci ildə qəbul etdiyi mühacirət siyasəti iflasa uğrayıb.
Şengen sazişinin qəbul edilməsi (1985-1990) və Dublin sazişi (1990-2003) əsasında sonradan onun genişləndirilməsi ilə Avropa cəmiyyəti xarici mühacirətə qarşı əsil dəmir hasar ucaltdı. Bu, birinci növbədə, Avropa Birliyinə daxil olmayan ölkələrin vətəndaşlarının qanuni şəkildə işə düzəldiyi əmək mühacirliynə aiddir.
Yalnız ailəsi ilə birləşməyə gələn şəxslər üçün hansısa boşluqlar qalıb. Qaçqın statusu və nəticə kimi sığınacaq hüququ verilən kəslərin sayı kəskin şəkildə azaldılıb. Bundan başqa, 2003-cü ildə sığınacaq verilməsi qaydasına dəyişiklik edilib. Buna əsasən, xahiş son təyinat nöqtəsində deyil, Avropaya giriş ölkəsində verilməlidir.
Avropa cəmiyyətinin diqqəti hazırda məhz buna cəmlənib
Bununla bərabər, son otuz ildə Avropaya can atan mühacirlərin sayı xeyli çoxalıb. Avropa rəhbərliyi hesablayıb ki, demoqrafik və geoiqtisadi xarakterli struktur problemlərini ancaq polis tədbirləri ilə həll etmək olar. Avropa cəmiyyətinin diqqəti hazırda məhz buna cəmlənib. Avropa Birliyi mövcudluğu ərzində ilk dəfə qaçqınların və əmək mühacirlərinin kütləvi həmləsinə məruz qalıb və Avropa imperiyasının hərbi divarının onların basqısı altında tab gətirib-gətirməyəcəyini ancaq sezmək qalır. İqtisadi böhran üzündən Avropa ölkələrinin əksəriyyəti yeni mühacirləri öz ərazilərinə buraxmaq istəmir və hər cür üsulla onların leqallaşdırılmasına qarşı çıxır. Bir sıra ölkələr işçi qüvvəsinin hüquqlarını və azad yerdəyişimini məhdudaşdırıb.
Yüz minlərlə çarəsiz insan həyatını ölümcül təhlükə arşısında qoyub sərhədə toplaşıdığı halda ictimai rəy mühacirlərə münasibətdə son dərəcə mənfi şəkildə köklənib.
Şengen və Diblin sazişləri tədricən çat verir. Almaniya kansleri Merkelin qaçqın düşərgəsinə baş çəkərkən dediyi kimi, mühacirət siyasətinin tamamilə yenidən nəzərdən keçirilməsi zəruridir.
Bircə bilmək maraqlıdır ki, hansı yöndə?
Son illər miqrasiya siyasətinin yenidən milliləşdirilməsi, qitəsəl xarakter almış mühacir axınlarının idarəsizliyi ilə səciyyələnir. Dünyada ən yüksək ÜDM-lərdən birinə malik olan ölkələr batmış gəmilərdən bir neçə min qaçqını qəbul etməkdən imtina edir.
Hökumətlərin indiki acizliyindənsə Britaniyanın dövlər siyasəti səviyyəsinə qaldırdığı maliyyə axınlarının idarə edilməsinin yenidən milliləşdirilməsi hətta daha ziyanlıdır. O, irrasionaldır, çünki mühacir olaylarının bütün mürəkkəbliyini nəzərə almır.
Avropa ölkələrinin son otuz ildə yürütdüyü qarşısnı alma siyasəti indiki təhlükəli duruma gətirib çıxartdı. Problemləri qalaqlamaq yox, onları həll etmək, o cümlədən əhali arasındakı sosial gərginliyi zəiflətmək üçün AB-yə daxil olmayan ölkələrə iqtisadi yardım etmək lazım idi.
Özünü kasıb qonşulardan hasarla ayıran indiki Avropa Birliyi insanın təməl hüququnu - dünyada sərbəst yerdəyişmə haqqını pozur. İndiki durumu Saxaradan güneyə Afrika ölkələrindəki demoqrafik partlayış, gənclik arasında işsizliyin yüksək səviyyəsi daha da ağırlaşdırır. Hazırda Avropanın heç bir ölkəsi özbaşına bu işin öhdəsindən gələ bilməz. Yalnız maraqlı olan hər bir dövlətin tarixi özəlliklərini və iqtisadi maraqlarını nəzər alan ümumi siyasət Avropada mühacir böhranını həll də bilər".
Murad İbrahimli
Digər Xəbərlər
2024-11-26 00:55:40
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52