Diplomatik savaş güclənir
12:52 31-05-2012
İQTİSADİYYAT
Diplomatik savaş güclənir
Hadisələrin sabahı o qədər də ümidli deyil
Azərbaycan İrandakı fövqəladə və səlahiyyətli səfiri Cavanşir Axundovu Bakıya çağırıb. Bu barədə Azərbaycanın İrandakı səfirliyindən məlumat verilib. Məlumatda bildirilir ki, səfir Bakıya məsləhətləşmələr üçün çağırılıb. Məsləhətləşmələrin nə ilə bağlı olduğu açıqlanmayıb.
Düzdür, hələlik Azərbaycan XİN iddia edir ki, rəsmi şəkildə səfir Bakıya dəvət edilməyib.
Ekspertlər hesab edirlər ki, bu, iki ölkə arasındakı diplomatik savaşın davamıdır. Məlum olduğu kimi, İran bundan öncə öz səfirini geri çağırmışdı. Bu gün isə adekvat cavab verildi.
Maraqlıdır, bəs proseslərin sonrakı gedişi nə ilə yekunlaşa bilər?
Ekspertlərin fikrincə, hazırkı durum kifayət qədər mürəkkəbdir və təcili addımlar atılmasa, bu savaş daha ciddi fəsadlarla yadda qalacaq. Bildirilir ki, İran yaranmış vəziyyətdə Azərbaycana müəyyən təzyiqlər göstərə bilər. Bu təzyiqlər nədən ibarət ola bilər?
Hesab edilir ki, ilk növbə də İran Naxçıvan məsələsindən istifadə edə bilər.
Qeyd edək ki, blokada durumunda olan Naxçıvan məhz İran vasitəsilə Bakı ilə əlaqə qura bilib və Naxçıvan əhalisinin böyük bir hissəsi məhz İran vasitəsi ilə adi dolanışığını təmin edir. Amma İran bu imkanları aradan qaldırarsa Naxçıvan əhalisinin durumu daha da pisləşə bilər. Bunu da qeyd edək ki, bir neçə gün öncə İran xəbərdarlıq olaraq bir neçə saatlıq sərhədləri bağlamışdı və ciddi gərginliklər yaşandı.
İranın Azərbaycana göstərə biləcəyi təzyiqlərdən biri də Xəzərin statusu ilə bağlı ola bilərə. Xatırladaq ki, bu günə qədər Xəzərin statusu ilə bağlı məsələ həll olunmasa da, ciddi qarşıdurmalar hiss olunmurdu. Amma İran indi Rusiya ilə ortaq məxrəcə gələrək Azərbaycan üçün müəyyən problemlər yaşada bilər.
Ekspertlər hesab edirlər ki, Azərbaycanın da İrana bu gün təsir etmək imkanları kifayət qədərdir ki, bunlardan da ən başlıcası iqtisadi əlaqələri dondurmaqdır. Qeyd olunur ki, İrana qarşı iqtisadi sanksiyalar tətbiq ediləndən sonra onun Azərbaycana ehtiyacı kifayət qədər artıb və Azərbaycan iqtisadi əlaqələri dondurarsa, tranzit ölkə kimi imkanlarını İranın üzərinə bağlayarsa, İranda vəziyyət daha da acınacaqlı ola bilər. Digər tərəfdən bildirilir ki, İran Azərbaycanla əlaqələrini kəsərsə, istər-istəməz Azərbaycan İsraillə daha da yaxınlaşacaq. Bu isə İran üçün real təhlükə deməkdir.
Başqa bir maraqlı məqam isə budur ki, iki ölkə arasında münasibətlər gərginləşəndən sonra hər iki tərəfdə ciddi bir hərbi hazırlıq da müşahidə edilir. İran qısa müddətdə bir neçə hərbi təlim keçib, sualtı qayıqları sınaqdan çıxarıb və bu günün özündə də proses davam edir.
Eyni zamanda Azərbaycanda ordu quruculuğuna çox həssas yanaşır və demək oalr ki, son bir il ərzində məhz İsraillə ciddi hərbi müqavilələr imzalamaqdadır.
Son olaraq isə İsrailin "Aviasiya sənayesi" konserni Azərbaycan ilə pilotsuz uçan aparatların (PUA) tədarükü haqqında müqavilə imzalayıb.
Qeyd olunub ki, tərəflər arasında danışıqlar uzun müddət gedib və uğurla başa çatıb. Söhbət mütəxəssislər tərəfindən 300 milyon dollar qiymətləndirilən daha böyük müqavilədən gedir.
Bundan əvvəl Azərbaycan İsrail ilə ümumilikdə 1,6 milyard dollar məbləğində silah alqısı barədə razılığa gəlmişdi.
"The Jerusalem Post"un məlumatına görə, Azərbaycana silah tədarükü ilə Israel Aerospace Industries (IAI) dövlət şirkəti məşğul olacaq.
Ekspertlər bildirirlər ki, bu gün İranla Azərbaycan arasında hər hansı hərbi münaqişə müzakirə mövzusu ola bilməz. Amma yenə də hadisələrin bu şəkildə inkişafı yaxşı heç nədən xəbər vermir. Hətta bildirilir ki, İsrail nə zamansa İrana hərbi müdaxilə edərsə, ilk hədəfə alınan Azərbaycan olacaq. Buna görə də bildirilir ki, təxirə salmadan iki ölkə rəsmilərinin danışıqlar prosesi başlanmalıdır. Amma bu danışıqlara hələ ki İranın dini rəhbərləri maneələr törədir və hadisələrin daha da gərginləşməsində maraqlı görünürlər.
Bunu da xatırladaq ki, hadisələrin gərginləşməməsi üçün bir müddət öncə PA rəsmisi Əli Həsənov İrana gedib, müəyyən razılaşmalarda əldə etmişdi. Amma danışıqlardan bir neçə gün sonra İran tərəfi yenə də atəşkəsi pozdu.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40