Şeyx Hidayət Orucovu "devirdi"
12:24 01-06-2012
İQTİSADİYYAT
Şeyx Hidayət Orucovu "devirdi"
QMİ sədri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə öz adamını gətirdi
Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri dəyişdirilib. "Unikal"ın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Elşad Hüseyn oğlu İskəndərov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib.
Prezidentin digər sərəncamı ilə Hidayət Xuduş oğlu Orucov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsindən azad olunub.
Qeyd edək ki, Hidayət Orucovla uzunmüddətdir münaqişəli vəziyyətdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyx Hacı Allahşükür Paşazadə DQİDK-ni ələ keçirmək üçün can atırdı. Bu niyyətini reallaşdırmaq məqsədi ilə dəfələrlə addımlar atan Şeyxin istəyi baş tutmasa da, bunun reallaşacağanı şübhə yox idi. Nəhayət, QMİ sədri istəyinə çatdı və Hidayət Orucovun yerinə öz adamını gətirdi.
Etibarlı mənbələrdən qəzetimizə verilən məlumata görə, Elçin İsgəndərov Şeyxin Adamı hesab olunur. Onun komitə sədri gətirilməsi məsələsi isə bir müddət bundan əvvəl gündəmə gəlib. Belə ki, dini məsələlərdə məsləhətləşmələrdə aktiv tərəflərdən biri olan Allahşükür Paşazadədən bu sahədə yaranmış vəziyyətlə bağlı məsləhət istənilib. Mənbə deyir ki, bu məsləhətləşmələr zamanı Şeyx Orucovun bu işlərin öhdəsindən gələ bilmədiyini diqqət mərkəzinə çəkib. Hətta son dövrlər ölkədə dini vəziyyətin ağırlaşmasına dair bir sıra faktları sadalayıb. Və ardından da təklif edib ki, komitə sədrinin yerinə yeni birinin gətirilməsi lazımdır.
Məlumatda vurğulanır ki, bu təklif dəyərləndirildikdən sonra Elçin İsgəndərov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə rəhbər təyin olunub. Onun yaxın günlərdən etibarın Hidayət Orucovun adamlarını bir-bir işdən çıxaracağı isə qaçılmazdır. Mənbə deyir ki, İsgəndərovun qarşısında qoyulan tələblərdən biri də budur.
Xatırladaq ki, Hidayət Orucovla Naçıxvan Muxtar Respulikası Ali Məclisinin sədri Vasif Talıbovun arasında da ciddi problemlər olub. Həmin problemlərin uzunzamandır insidentə çevrildiyi də verilən məlumatlar sırasındadır. Deyilir ki, Şeyx Orucovun Talıbovla aralarındakı münaqişəsindən yararlanaraq, onun işdən çıxarılmasında istifadə edib.
İnformasiya Şöbəsi
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00