İsrailin baş naziri Benyamin Netanyahu Qazaxıstana və "ola bilsin Azərbaycana səfərə hazırlaşdığını bəyan edib.
Unikal.org "The Times of İsrael nəşrinə istinadən xəbər verir ki, baş nazir bu haqda Keniyaya səfəri zamanı bildirib.
Netanyahu onu Afrina turnesində müşaiyət edən jurnalistlərlə söhbətində deyib ki, İsrail Fələstin məsələsində mövqelərini möhkəmləndirmək və diplomatik əlaqələrini genişləndirmək üçün yeni alyanslar qurur. Netanyahu bu çərçivədə "qış aylarında Qazaxıstana və Azərbaycana səfər edəcəyini deyib. Lakin o səfərin konkret tarixini açıqlamayıb.