Dağlıq Qarabağ münaqişəsi Varşavada NATO sammiti çərçivəsində müzakirə olunacaq.
Unikal.org xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz twitter səhifəsində qeyd edib.
O vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinə dair danışıqları davam etdirmək üçün NATO sammiti yaxşı imkandır.