Polşanın paytaxtı Varşavada keçirilən NATO sammitinə qatılan Ukrayna prezidenti Pyotr Poroşenko sosial şəbəkələrdə maraqlı müzakirələrə səbəb olub.
Varşavada Volınsk faciəsi qurbanlarının xatirəsini yad edən Poroşenkonun corabının cırıq olması diqqətdən yayınmayıb.
Poroşenkonun cırıq corabı sosial mediyada gündəm olub. Müzakirələrdə Poroşenkonun Varşavaya cırıq corabla gəldiyi qeyd olunur.
Qeyd edək ki, iyulun 8-də Pyotr Poroşenko deputat Nadejda Savçenko ilə birgə Volınsk faciəsinin xatirəsinə qoyulun abidəni ziyarət ediblər. Poroşenko və Savçenko faciə qurbanlarının xatirəsini yad edib, abidə önünə gül dəstələri qoyublar.
Ukrayna lideri NATO sammitində iştirak etmək üçün Polşa paytaxtı Varşavaya gəlib.