Müdafiə Sənayesi Nazirliyində yeni vəzifə təyinatları olub.
Unikal.org apa-ya istinadən məlumatına görə, Müdafiə Sənayesi Nazirliyinin müdafiə təyinatlı məmulatların istehsalı şöbəsinin müdiri Səlahəddin Əsgərov vəzifəsindən azad edilib.
Bu vəzifəyə Müdafiə Sənayesi Nazirliyinin mülki məmulatların istehsalı şöbəsinin müdiri vəzifəsindən azad edilən Vəli Fətəliyev təyin edilib.
Müdafiə Sənayesi Nazirliyinin mülki məmulatların istehsalı şöbəsinin müdiri vəzifəsinə isə Rasim Tahirov təyin edilib.