Azərbaycan Respublikasının prezidenti İlham Əliyev "YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası prezidentinin 2005-ci il 15 sentyabr tarixli 1006 nömrəli sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam verib.

Unikal.org xəbər verir ki,sənəddə deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

"YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası prezidentinin 2005-ci il 15 sentyabr tarixli 1006 nömrəli sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, â„– 9, maddə 826; 2006, â„– 9, maddə 743; 2014, â„– 9, maddə 1027; 2015, â„– 3, maddə 286) 3-cü hissəsinin "Komissiya sədrinin müavinləri" bölməsində "Əli Abbasov" sözləri "Ramin Quluzadə" sözləri ilə, "Komissiyanın üzvləri" bölməsində "Samir Nuriyev" sözləri "Əsgər Ələkbərov" sözləri ilə əvəz edilsin".