"Bank of Baku" bu il aperel döyüşlərində şəhid olan Seymur Baxışovun ailəsini hədələyib.
Unikal.org-un məlumatına görə, bu barədə qaziler.az-saytına şəhidin atası Qulamhüseyn Baxışov məlumat verib. Onun sözlərinə görə, "Bank of Baku"dan 2000 dollar kredit götürən Seymur Baxışov şəhid olandan sonra krediti ödəməyə ailənin imkanı olmayıb. Şəhid atası qeyd edib ki, bankdan ona hədələyici zənglər edilir.
Məsələ barədə "Bank of Baku"dan münasibət öyrənmək mümkün olmayıb.