Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin sektor müdiri işləmiş Elşən Mustafaoğlu barəsində cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Unikal.org apa-ya istinadən məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrlik etdiyi prosesdə anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı iyulun 19-na təyin olunub.
Qeyd edək ki, E. Mustafaoğlu 2014-cü ildə həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən təqsirləndirilir.