Həmin gün, 2009-cu il oktyabrın 13-ü Moskvanın mərkəzində yerləşən "Vaqankovskaya qəbiristanlığının ətrafını OMON tam mühasirəyə almışdı. Əzizlərinin qəbrini ziyarətə gəlmiş qoca nənələri belə içəri buraxmırdılar. Yesenin, Vısotski, Abdulov kimi dahilərin də dəfn olunduğu qəbiristanlıqda həmin gün başqa bir əfsanəni torpağa tapşıracaqdılar.

İzdihamın böyük olacağı əvvəldən məlum idi. Ən azı ona görə ki, bir neçə gün əvvəldən Moskva xəfiyyəsi dəqiq məlumat almışdı: keçmiş MDB ölkələrindən 300-ə yaxın "oğru dəfndə iştirak edəcək. Onların çoxunun isə bir-birini görməyə gözü yox idi. Məhz bu səbəbdən təhlükəsizlik tədbirləri ən yüksək səviyyədə təşkil edilmişdi.

"Yaponçiki - Vyaçeslav İvankovu dəfn edəcəkdilər. Bir ay əvvəl Moskvada yerləşən "Tayskiy slon restoranından çıxanda güllələnmişdi. O vaxtdan da komadaydı. İki gün əvvəl isə dünyasını dəyişmişdi. Rusiyada sonuncu dəfə "Yaponçik səviyyəli avtoritetin qətlə yetirilməsi 1994-cü ildə qeydə alınmışdı. O zaman Moskvada Otari Kvantrişvili öldürülmüşdü. "Yaponçikin öz vəsiyyəti idi, həm anasının, həm də dostu Otari Kvantrişvilinin qəbirləri də "Vaqankovskayada yerləşirdi.
Həm polis, həm də dəfnə rəhbərlik edən "Ded Xasan ən yüksək səviyyədə təhlükəsizlik tədbiri görmüşdülər. Amma heç kimin xəbəri yox idi ki, dəfnə xüsusi olaraq iki nəfər killer də göndərilib. Dəfn başa çatandan sonra isə onlar öz missiyalarını həyata keçirəcəklər. Killerlər dəfnə Ramizi, "Qorbatı Ramizi vurmaq üçün göndərilmişdilər. Vurdular da-¦

***

...Ramizin vurulması xəbərini "Ded Xasana "Starıy Fayton restoranında çatdırmışdılar. "Ded adətən bu restoranda nahar edir, bütün "razborkalarını da burada keçirirdi. Ənənəvi olaraq qızardılmış farel sifariş vermişdi. Amma yeməyi dadmağa belə imkan tapmamışdı. Mühafizəçi içəri girib, "Qorbatını vurdular demişdi. "Ded naharı yarımçıq qoymuşdu. Bir neçə dəqiqəlik araşdırmadan sonra məlum olmuşdu ki, Ramizi 3 saylı Moskva şəhər xəstəxanasına yerləşdiriblər. "Ded dərhal ora getmişdi. Xəstəxananın mühafizəçiləri, həkimlər və tibb bacıları belə bir personanın qəfil xəstəxanaya gəlməsindən narahat olmuşdular. Hər ehtimala qarşı polis belə çağırmışdılar. "Ded dərhal Ramizi əməliyyat edəcək həkimlə danışmışdı. Həkim "Qorbatı Ramizə 2 güllə vurulduğunu, vəziyyətinin kritik olduğunu demişdi. "Ded Xasan əməliyyat bitənəcən xəstəxanada oturmuşdu. Həkimlərə elə beləcə də demişdi: "Nəiyn bahasına olursa-olsun, sağ qalmalıdır.
Əməliyyatdan 3 gün sonra "Qorbatı Ramiz yüksək məxfilik şəraitində Moskvadakı özəl klinikaların birinə köçürülmüşdü. Düz bir ay həmin özəl klinikanı xüsusi mühafizəçilər qorudu-¦

***

Kriminal aləmdə onu "Dayı deyə çağırırdılar. Sabirabadın Kürkəndi kəndində anadan olmuşdu, 1952-ci il noyabrın 28-də. Tarix elmləri namizədi Əliheydər Fərzəliyevin ailəsində, Sabirabad şəhər 1 saylı məktəbin rus sektorunu bitirmişdi. Bundan sonra Politexnik İnstitutuna qəbul olunmuşdu. Elə həmyerlisi, Sabirabadlı Hikmət kimi onun taleyini məhz bir bıçaqlanmadan sonra alt-üst olub. Tələbəykən davaya düşüb.
Yaxın qohumu danışır: "Politexnikin qarşısında keçiddə dava düşmüşdü. Bir neçə nəfər bıçaqlanmışdı. Ramiz də qrup yoldaşlarını ələ verməmək üçün bütün günahı öz boynuna götürmüşdü. İlk dəfə məhkum həyatını onda yaşadı. Xələcdə yatırdı. Heç bir il olmadı, azadlığa çıxdı. Bilirsiniz necədi? Bəziləri elə bilir ki, Ramizin ömrü türmələrdə keçib. Elə deyildi. Düzdür, çox çılğın uşaq idi. Xırda bir ədalətsizliyə, haqsızlığa dözə bilmirdi. Nə vaxt görürdün, kiminləsə dalaşdı. Atasından çəkinirdi. Və hər dəfə də nəsə eləyəndə atasına düzünü deyirdi. Hər dəfə də görürdük ki, dava eləsə də, kimisə döysə də, haqlıdı. Məsələn, bir dəfə tramvayda gedəndə görüb ki, bir kişi bir qıza sataşır. İrad bildirib ki, eləmə. Amma həmin adam bunu təhqir edib. Ramiz də onu tramvaydan yerə atmışdı. Bir dəfə avtobusda bir cibgirin sərnişinlərdən birinin pul kisəsini çıxardığın görüb. Onu döymüşdü. Amma hər dəfə də atası gedib milisdən çıxarmışdı. Elə o vaxt milis də bəzən qanunlardan yan keçərək onu etdiklərinə görə cəzalandırmırdı.

***

Ramizin yolu həbsxanaya bir də 1982-ci ildə düşür. Və bu dəfə də haqsız yerə. Həmin il Sabirabadda dəhşətli bir qətl törədilir. Kürün qırağından iki qadının meyiti tapılır. Milis qatilləri tapa bilmir ki, bilmir. Günlərin bir günü Fərzəliyevlərin qapısını döyürlər. Ramizi və ondan başqa bir dostunu həbs edilər. Qətli onların boynuna qoymaq istəyirlər.
"Bu işdə Ramizin heç bir günahı yox idi. Sadəcə, Sabirabad milisini, prokurorluğunu yuxarıdan incidirdilər ki, qətllərin üstü açılmalıdır. Ramizi isə rayonda vurub-tutan birisi kimi tanıyırdılar. Heç bir günahı olmada tutub apardılar, - deyir qohumu.

Atası həmin vaxt rayonda yox imiş. Hadisəni eşidib, təcili Sabirabada qayıtmışdı. Amma gec idi. Bundan sonra Əliheydər müəllim oğlunu axtarmağa başlayır. Əvvəlcə Bayıla gedir. Bayıl türməsində belə bir adamın saxlanılmadığını öyrənir. Daha sonra Xələcə üz tutur. Xələcdə də ona deyirlər ki, burda Ramiz Fərzəliyev adlı dustaq yoxdur. Respublikanın hər yerini gəzir Əliheydər müəllim - Naxçıvandan Gəncəyə qədər. Bir gün, özü də düz 4 aydan sonra xəbər tutur ki, oğlunu Şuşa türməsində saxlayırlar. Şuşada görüşə bilir Ramizlə. Ramiz atasını düzünü deyir: "Mən heç kimi öldürməmişəm. Mənə şər atarlar. Atası onun sözünə inanır. Və dərhal da ədalətin bərpa edilməsi üçün mübarizəyə başlayır. Amma yenə də heç nə eləyə bilmir. Ramiz Fərzəliyev və dostunun işi Azərbaycan SSR Ali Məhkəməsinə göndərilir. Orda isə Ramizi güllələnmə cəzası gözləyirdi...

(Davamı olacaq)