Bu ilin aprelində Qarabağda baş verən bir neçə günlük şiddətli döyüşlər zamanı qəhrəmancasına həlak olan hərbi pilotlarımızdan Əbubəkr İsmayılovun adı əbədiləşdirilib.

Unikal.org lent.az-a istinadən bildirir ki, şəhidin adı doğulub boya-başa çatdığı Kürdəmir şəhərinin mərkəzi küçələrindən birinə verilib. Artıq küçədə şəhidin adının həkk olunduğu lövhələr bərkidilib.

Qeyd edək ki, Ə.İsmayılov Kürdəmirdə dəfn edilib.