Vermont ştatından senator Berni Sanders ABŞ prezidentliyi uğrunda mübarizədən geri çəkilib. 
Unikal.org xarici mediaya istinadən bildirir ki, o, bundan sonra Demokratlar Partiyasından prezidentliyə namizəd keçmiş dövlət katibi Hillari Klintonu dəstəkləyəcəyini bəyan edib.
"Biz birlikdə hamımızın maraqlarını təmsil edəcək hökumət uğrunda mübarizə aparacağıq. Biz birlikdə siyasi inqilabı başlatmışıq, proses indi də davam edir, - senator Nyu-Qempşirdə Klintonla birlikdə keçirilən seçkiqabağı mitinqdə vurğulayıb.
O, əmindir ki, Klinton Demokratlar Partiyasından prezidentliyə namizəd, sonra ABŞ-ın prezidenti olacaq.
Sanders onun ilkin seçkilərdə və Demokratlar Partiyasının fəallarının iclaslarında ona səs verən 13 milyon amerikalıya da təşəkkür edib.