Ya təsdiqlənmiş resept formasından istifadə edilmir, ya da dərmanlar doğru şəkildə yazılmır. Resept forması və dərmanların adının yox, tərkibinin yazılması məcburi olsa da buna əməl olunmur.
Əslində belə təsdiqlənmiş resept formasından istifadə olunmalıdır və bu resept blankları dövlət xəstəxanalarına paylanılıb, Özəl tibb müəssisələrinin baş həkimləri də bu blankları analitik ekspertiza mərkəzindən əldə etməlidirlər. Bu cür reseptlərdən istifadə etməyənlər "Dərman vasitələri haqqında" qannun 13.5-ci maddəsini pozmuş hesab olunurlar.
Unikal.org xəzərxəbər-ə istinadən bildirir ki, təsdiqlənmiş resept blankında xəstə və həkim haqqında məlumatlar mütləq Azərbaycan dilində, dərmanın tərkibi isə latın dilində qeyd olunmalı, tibb müəssisəsinin möhürü vurulmalıdır. Əks halda aptekin müraciət edən şəxsə hər hansı dərman vasitəsi satması doğru deyil.