Mən bir vaxtlar var idim, bu gün itib gəlmişəm,
Əllərimlə saçımı, didib-didib gəlmişəm.
İlahi, öz içimdən, zühur edib gəlmişəm,
Bağışla məni tanrım, şeyx olmaq istəyirəm.
Unikal.org Axar.az-a istinadən xəbər verir ki, bu sətirlərin müəllifi vaxtsız vəfatı ilə hamını kədərləndirən, şair qəlbi jurnalist İlqar Qulusoydur.
Bu gün hər kəs onu şeirləri, zarafatları, gülərüz, həyat eşqli biri kimi xatırlayır.
İlqar 1980-ci ildə Naxçıvanda dünyaya gəlib. Azərbaycan Pedoqoji Universitetinin Qazax filialını bitirib. Bir müddət Naxçıvan televiziyasında çalışan İlqar sonradan "Lider telekanalında fəaliyyətini davam etdirib.
Xatırladaq ki, İ.Qulusoy iyulun 9-da vəfat edib. Hadisə jurnalist dostları ilə futbol oynayarkən baş verib. Jurnalist futbol oynayarkən qəfildən yıxılıb. Ehtimala görə, o, ürək tutmasından dünyasını dəyişib.
Hadisə yerinə təcili yardım çağırılıb və onun nəşi ekspertizaya aparılıb.
"Lider TV-nin mərhum jurnalistə həsr etdiyi süjeti təqdim edirik: