Beynəlxalq tədbirləri yüksək səviyyədə keçirmək bacarığı ilə tanınan Azərbaycan növbəti dəfə mühüm uğura imza atdı. İyulun 9-10-da Bakıda yay mövsümünün ən hərarətli hadisəsi "Jara ("İsti günlər) Beynəlxalq Musiqi Festivalı keçirildi. "Sea Breeze istirahət mərəzində təşkil olunan festival nəinki Azərbaycan, eləcə də Rusiyanın mədəni həyatında mühüm hadisəyə çevrildi. Təşkilatçılar festivalın yüksək səviyyədə baş tutması üçün hər bir xırda detalı nəzərə almışdılar.

Festivalda Qriqori Leps, Polad Bülbüloğlu, Filip Kirkorov, Stas Mixaylov, Polina Qaqarina, Vladimir Presnyakov, Nyuşa, Leonid Aqutin, Sergey Lazarev, Timati, "A-Studio, Nikolay Baskov, Valeriya, Ani Lorak, Emın, Aleksey Vorobyov, "MBAND, Potap və Nastya dueti, Zülfiyyə Xanbabayeva, Tünzalə Ağayeva, "Rast qrupu, Səmra Rəhimli, Burito, "A-DESSA qrupu, Ciqan, Svetlana Loboda, Yeva Polna, N`everqrin, Vlad Sokolovski, Yulianna Karaulova və bir çox digər artistlər iştirak etdilər.

"Life.ru saytı yazır ki, Rusiya artistləri qastrollarını və məzuniyyətlərinə ara verərək Bakıya gəldilər ki, çoxminli auditoriya qarşısında çıxış etsinlər.

Azərbaycan və Rusiyanın ən yaxşı artistləri parlaq nömrələri ilə festivalın qonaqlarına 2 gün ərzində unudulmaz anlar yaşatdılar. Aparıcılar həm səhnədə, həm də zalda işlədilər. Qonaqlar interaktiv prosesə və televiziya versiyasına cəlb olundu. Çoxlu sayda yay musiqi festivallarının mövcudluğuna baxmayaraq, "Jara festivalı musiqi həyatında həqiqətən əlamətdar hadisəyə çevrildi. Şübhəsiz ki, belə tədbirləri keçirmək üçün dövlətin dəstəyi ən mühüm məsələlərdən biridir. Bunu festivalın təşkilatçısı Emin də xüsusi vurğuladı: "Dövlət səviyyəsində kömək olmadan bu miqyasda tədbiri təşkil etmək mümkün deyil. Mən göstərdikləri yüksək diqqətə və dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya, həmçinin Leyla Əliyevaya şəxsən dərin təşəkkürümü bildirirəm.

"Multikulturalizm ilinə dəyərli töhfə

Festival 2016-cı il Azərbaycanda elan edilən "Multikulturalizm ilinə mədəniyyətlərarası dialoq baxımından dəyərli töhfə oldu. Müxtəlif xalqların nümayəndələrinin tədbirdə iştirakı, göstərilən diqqət və qayğı, onların özlərini evlərindəki kimi hiss etmələri ölkəmizdə mədəni müxtəlifliyə verilən növbəti qiymət idi. Qonaqlar Azərbaycandan, onun paytaxtı Bakıdan zəngin təəssüratla ayrıldılar. Jurnalistlərə müsahibələrində onlar xalqımızın qonaqpərvərliyindən, Xəzər sahilində istirahətlərindən danışdılar, Azərbaycana gəlmələrindən çox şad olduqlarını bildirdilər.

Rusiya KİV-ləri "Jara festivalından yazır

Rusiyanın 70-dək KİV-i "Jara festivalından söz açdı. "Lifenews, "Spletnik, "Woman, "7days, "Hello, "Starhit, "Woman-™s day, "OK!, "Peopletalk, "Komsomolskaya pravda və digərləri, sosial şəbəkələr festivaldan bəhs etdi. Festivala dair foto və maraqlı məlumatlar KİV-lərin və sosial şəbəkələrin əsas səhifələrini, sözün yaxşı mənasında, zəbt etdi. Məqalələrdə vurğulandı ki, bu festival əsl musiqi bayramına çevrilməklə həm iştirakçıların, həm də qonaqların yaddaşında uzun müddət qalacaq. Bakıdakı xoş mühit, iqlim, dəniz, mətbəx, yüksək şərait festivalı yaddaqalan və unudulmaz etdi. Təşkilatçılardan biri Sergey Kojevnikov Rusiya KİV-lərinə müsahibəsində festivala göstərilən dəstəyə görə Prezident İlham Əliyev və onun ailəsinə səmimi minnətdarlığını bildirib.

Əminliklə deyə bilərik ki, müğənni və bəstəkar Emin, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, "Russkoye radionun və "Qızıl qrammofon mükafatının təsisçisi Sergey Kojevnikovun təşkilatçılığı ilə keçirilən bu festival Azərbaycanda uğurla keçirilən daha bir beynəlxalq mədəni tədbir kimi tarixə düşdü. Bu möhtəşəm festivalın baş tutması Azərbaycanın bu cür tədbirləri keçirmək üçün geniş imkanlarını bir daha nümayiş etdirdi.