Müğənni Sevda Yahyayevanın başına iş gəlib.
Unikal.org-un Axşam.az-a istinadən məlumatına görə, sənətçi "Hər şey daxil" verilişində günəşdən yandığını bildirib.
Canlı yayıma qonaq olan S.Yahyayeva bildirib ki, ağrıdan əziyyət çəkir:
"Dünən gün çıxdı, dedim bir az dərimi qaraldım. 5 saat günəş vannası qəbul etdim. Bütün bədənim birinci dərəcəli yanıq alıb. Halım çox pisdir".
Yeniliklərindən danışan müğənni ilk dəfə rep oxuyacağını söyləyib:
"Nadir Nəğd Pulla duetimiz var. İlk dəfədir ki, rep stilində nəsə oxuyuram. İyulun 22-də duetimizi təqdim edəcəyik".