Bu gün Cəlilabadda 100 yaşlı sakinə şəxsiyyət vəsiqəsi təqdim olunub.
Unikal.org apa-ya istinadən xəbər verir ki,15 iyul 1916-cı ildə Cəlilabadın Zəhmətabad kəndində doğulmuş İbadət İman qızı Quliyevaya şəxsiyyət vəsiqəsini onun evində Cəlilabad Rayon Polis Şöbəsinin pasport və qeydiyyat bölməsinin əməkdaşı təqdim edib. Mərasimdə 100 yaşlı qadının övladları, nəvə-nəticələri, yaxınları iştirak ediblər.
Hazırda Cəlilabad şəhərinin Səttərxan küçəsində yaşayan İbadət Quliyevanın həyat yoldaşı Sevindik Quliyev Böyük Vətən müharibəsinin iştirakçısı olub və 40 il öncə vəfat edib. Onların 36 nəvəsi, 60 nəticəsi var. Ən böyük nəvə 57 yaşında, ən kiçik nəticəsi isə üç aylıqdır.